• $
  • £

Azərbaycan karateçiləri Xorvatiyadan 12 medalla qayıdır

Azərbaycan karateçiləri Xorvatiyadan 12 medalla qayıdır
21.03.2022 13:08
Azərbaycan karateçiləri Xorvatiyanın Samobor şəhərində 30-cu Qran Pri turnirini 12 medalla başa vurub.

Milli Karate Federasiyasının Mətbuat Xidmətindən verilən məlumata görə, yarışın son günündə 2008-ci, 2009-cu və 2010-cu il təvəllüdlü qızların mübarizəsində 49 kq çəki dərəcəsində çıxış edən Veronika Qaşnikova ikinci qızıl medalını qazanıb. Ramilə Heydərova isə 14-15 yaşlı yeniyetmələrin kata çıxışlarında bürünc mükafata sahib olub.

Qaşnikova 47 kq-da 14-15 yaşlı yeniyetmələr arasında, Hüseyn Məmmədli (67 kq), Fərid Ağayev (75 kq) və Dadaş Abbasov (84 kq) isə 21 yaşadək gənclər arasında yarışın qalibi olub. Həmin yaş qrupunda Nuran Rzazadə (67 kq) ikinci yeri, Namiq Quliyev (+84 kq), Xumar Əlibəyova (50 kq) və Ayla Rzazadə (61 kq), eləcə də 16-17 yaşlı gənclərin yarışında Fərid Savadov və Amin Yadigarlı (hər ikisi 55 kq) üçüncü pilləni tutub.

Beləliklə milli komanda nüfuzlu turnirdən 5 qızıl, 1 gümüş və 6 bürünc medalla dönür. Onları 16-17 və 18-21 yaşlı gənclərdən ibarət yığmanın baş məşçqisi Anar Allahverdiyev, böyük məşqçilər Seymur Xudaverdiyev və Nağı Mehdiyev, həmçinin kata üzrə baş məşqçi Vahid Ayvazov və kumite üzrə qadınlardan ibarət millinin baş məşqçisi Denis Morozov müşayiət edib.

Beynəlxalq dərəcəli hakimlər Cahangir Babayev və Vüqar Kərimov mötəbər yarışın referiləri arasında olub.

Qran Pri turnirində 33 ölkədən 1 769 idmançı iştirak edib.







www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol