Azərbaycanda dollar alışı fevralda iki dəfədən çox azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisi kommersiya banklarından 533,432 milyon nağd ABŞ dolları alıb.
APA-nın Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, bu, 2021-ci ilin eyni ayları ilə müqayisədə 8,2% çoxdur. Təkcə fevral ayında əhali 165,936 mln. nağd dollar alıb ki, bu da yanvar ayı ilə müqayisədə 2,2 dəfə, ötən ili eyni ayı ilə müqayisədə isə 0,9% azdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər