• $ 1.7
  • € 1.8412
  • ₽ 1.8889
  • ₺ 0.0466
  • £ 2.1943

Kapital Bank Gəncədə 4-cü filialını istifadəyə verdi

Kapital Bank Gəncədə 4-cü filialını istifadəyə verdi
28.03.2022 11:06
Kapital Bank müştərilərə göstərilən xidmət keyfiyyətinin artırılması istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Bank müştərilərə göstərilən xidmətlərin daha əlçatan olması üçün filial şəbəkəsinin genişləndirilməsi istiqamətində Gəncə şəhərində yeni filialını açdı. Bu, Kapital Bank-ın Gəncə şəhərində müştərilərin istifadəsinə verdiyi sayca artıq 4-cü filialıdır. 

Yeni Qərb filialı, 2 saylı Gəncə ASAN xidmət mərkəzi daxilində - Gəncə şəhəri, Gəncə-Şəmkir şosesi ünvanında fəaliyyət göstərir. Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. 

Kapital Bank 2015-ci ildən etibarən Bakı və regionlarda həyata keçirdiyi filial şəbəkəsinin transformasiyası prosesini hazırda da davam etdirməkdədir. Ötən illər ərzində 60-dan çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 30-dan çox yeni filial və şöbə istifadəyə verilib. Transformasiya layihəsinin davamı olaraq cari ildə bir sıra şəhər və region filiallarının əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Startap" şəhadətnaməsi almış KOB-ların sayı açıqlanıb
İqtisadiyyat 15:48
"Startap" şəhadətnaməsi almış KOB-ların sayı açıqlanıb
Unibank bir günlük “Komissiyasız çərşənbə” aksiyası keçirir
İqtisadiyyat 14:48
Unibank bir günlük “Komissiyasız çərşənbə” aksiyası keçirir
ABB bizneslərin AMEX kartları ilə ödəniş imkanlarını genişləndirdi!
İqtisadiyyat 14:38
ABB bizneslərin AMEX kartları ilə ödəniş imkanlarını genişləndirdi!
Azərbaycana gələn turistlərin sayı açıqlanıb
İqtisadiyyat 14:33
Azərbaycana gələn turistlərin sayı açıqlanıb
Bank Respublika Qəbələ şəhərində yeni filialını açdı!
İqtisadiyyat 14:27
Bank Respublika Qəbələ şəhərində yeni filialını açdı!
Pirallahı Sənaye Parkında istehsal edilən məhsulun həcmi açıqlanıb
İqtisadiyyat 13:11
Pirallahı Sənaye Parkında istehsal edilən məhsulun həcmi açıqlanıb
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb
İqtisadiyyat 11:31
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb
Ölkədə sosial sığorta haqları üzrə daxilolmalar artıb
İqtisadiyyat 10:52
Ölkədə sosial sığorta haqları üzrə daxilolmalar artıb

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:44
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol