Rusiya səhm bazarı 2,15% ucuzlaşmadan sonra bağlanıb

Ukrayna ilə müharibə başlayandan bu yana Moskva birjasında keçirilən ilk tam iş günü uğursuzluqla nəticələnib. Moskva birjasının indeksi 2%-dən çox ucuzlaşıb.
Fevralın 28-dən Moskva birjasında ticarət əməliyyatları dayandırılıb. Buna Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və ölkəyə qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində rus qiymətli kağızlarının sürətlə ucuzlaşması səbəb olub.
Ötən həftə Mərkəzi Bank tədricən birjanın işini bərpa etməyə başladı, lakin satışa məhdud sayda qiymətli kağızlar buraxıldı. Bunlar əsasən böyük şirkətlərin səhmləri idi.
Martın 28-də isə daha çox sayda şirkətlərin səhmləri bazara çıxarıldı, həmçinin də müxtəlif istiqrazların alqı-satqısı təşkil edildi. Səhər fond birjasında ucuzlaşma müşahidə olunsa da, sonra yavaş-yavaş qiymətlər tarazlaşdı .Phos Agro kimi sanksiyalara məruz qalmayan şirkətlərin səhmləri hətta bahalaşdı.
Aeroflot-un səhmləri də bahalaşıb, lakin bu, şirkətin səhmlərinin ötən həftə kəskin ucuzlaşması ilə bağlı olub. Amma bəzi şirkətlərin səhmləri çox kəskin ucuzlaşıb. Məsələn, Severstal-ın qiymətli kağızları demək olar ki, 10% düşüb. Keçən həftə şirkət ödənişlərin dondurulması səbəbindən istiqrazlar üzrə kupon ödənişini gecikdirib. "The Wall Street Journal” mənbələrə istinadən yazır ki, Avropa İttifaqının sanksiyaları səbəbindən Severstal gəlirlərinin üçdə birini itirib.
Ötən həftə Rusiya bazarları böyüyürdü. Əvvəlcə analitiklər bunu bazara vahid iri alıcının, ucuzlaşmış səhmləri alan Maliyyə Nazirliyinin daxil olması ilə izah edirdilər. Daha sonra analitiklər başa düşdülər ki, bu sanksiyalar altına düşməyən şirkətlərin səhmlərinə fiziki şəxslərin tələbatının artması ilə bağlı olub. Amma bazar ertəsi birjada müşahidə olunan artım dayandı və ucuzlaşma müşahidə olundu.
Bu arada rubl dollar və avro qarşısında möhkəmlənməkdə davam edir. Dollar 3,7 rubl ucuzlaşaraq 93,68 rubla, avro isə təxminən 3 rubl ucuzlaşaraq 102 rubla düşüb. Rublun məzənnəsini Mərkəzi Bank intervensiyalar hesabına saxlayırdı. Amma Mərkəzi Bankın ehtiyatları dondurulduqdan sonra o, bunu etmək qabiliyyətini itirdi və hökumət ixracatçılara valyuta gəlirlərini satmağı əmr etdi. Bu da rublu sürətli ucuzlaşmadan qorudu.
N.Təbrizli
www.anews.az