Bank Respublika Xırdalanda yeni filialını açdı!

Bu il 30 yaşını qeyd edən ölkənin aparıcı banklarından biri olan Bank
Respublika, Xırdalan şəhərində özünün 30-cu xidmət mərkəzinin təntənəli
açılışını edib.
Tədbirdə iştirak edən Bankın rəhbərliyi rəmzi qırmızı lenti kəsərək
müasir konseptdə olan yeni "Xırdalan” filialını müştərilərin istifadəsinə verib.
Geniş və müasir interyeri ilə seçilən filialda müştərilərin rahatlığı üçün
bütün məqamlar nəzərə alınıb.
Bankın rəhbərliyi yeni filialın açılmasında əsas məqsədin artan müştəri
bazasının maliyyə ehtiyaclarını müasir tələblərə uyğun yüksək səviyyədə
qarşılamaq, eləcə də ölkənin real sektoruna hərtərəfli dəstək olmaq olduğunu vurğulayıblar.
Yeni filial - Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 1
ünvanında fəaliyyət göstərəcək.
Daha ətraflı məlumatı bankın rəsmi web
saytında, facebook, instagram,
linkedin
səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144
nömrəsinə zəng edərək əldə edə bilərsiniz.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər