Ukrayna təslim olmayana kimi Mariupol atəşə tutulacaq - Putin
Ukraynanın Mariupol şəhərində Rusiya qüvvələri tərəfindən sıxışdırılmış mülki əhalinin təxliyəsi üçün cəhdlər davam edir. Ukrayna baş nazirinin müavini İrina Vereşçuk bildirib ki, 45 Ukraynalıdan ibarət avtobus karvanı mühasirəyə alınan şəhərin cənubuna doğru gedir.
Onun sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Rusiyanın Mariupola humanitar dəhliz açmağa razılıq verdiyini təsdiqləyib.
On minlərlə dinc sakin həftələrlə davam edən bombardmanlardan sonrahələ də şəhərdə qalmaqdadırlar.
Daha əvvəl Rusiya müdafiə nazirliyi Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Agentliyi və Qırmızı Xaç Cəmiyyətinin yerli vaxtla saat 10:00-dan (BST 08:00) başlayacaq mülki şəxslərin təxliyəsinə köməklik göstərəcəyini bildirmişdi.
Atəşkəs olarsa insanlar Rusiyanın nəzarətində olan Berdyansk limanı vasitəsilə qərbə, Zaporijiyaya gedə biləcəklər.
BQXK-nın sözçüsü deyib ki, tərəflər şərtlərlə razılaşarsa təşkilat cümə günündən etibarən mülki şəxslərin Mariupoldan çıxarılmasına kömək etməyə hazırdır.
"Bu əməliyyatın baş tutması son dərəcə vacibdir. Mariupolda on minlərlə insanın həyatı bundan asılıdır", - deyə sözçü əlavə edib.
BBC son bir neçə həftə ərzində mühasirəyə alınmış liman şəhərini tərk edə bilmiş insanlarla danışıb. Onların dediyinə görə, Mariupol təmamilə xarabalığa çevrilib, şəhər bütün məhəllələri dağılmış düzənliyə bənzəyir.
"Çıxmaq istəyəndə şəhərin mərkəzini keçməli olduq. Dağılmış küçələri və binaları görmək qorxulu idi. Məktəbim dağıdıldı. Bir vaxtlar gözəl olmuş şəhəri bu şəkildə görmək ağrılıdır. Mariupol təhlükəsiz şəhər idi. Dənizə qırağında gəzməyi sevirdik. Park var idi və sadəcə oturub söhbət etmk üçün üçün heyrətamiz yer idi. Sahib olduğumuz hər şeyi itirdiyimizə inana bilmirəm”, - 23 yaşlı tələbə Diana Yalovets deyib.
Rusiya minlərlə dinc sakini zorla Rusiyaya və ya Rusiyanın nəzarətində olan ərazilərə köçürməkdə də ittiham olunur.
Şəhərin ələ keçirilməsi ilə Rusiya Azov dənizi ilə Krım arasında olan sahil xəttinə nəzarət edəcək.
Atəşkəs elanı çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığından sonra verilib.

Sakinlərin bir qismi qaçsa da, Mariupolda atəşkəs əldə etmək üçün əvvəllər edilən bütün cəhdlər hər iki tərəfin qərəzli ittihamları fonunda uğursuzluğa düçar olub.
Şəhərin ələ keçirilməsi ilə Rusiya Azov dənizi ilə Krım arasında olan sahil xəttinə nəzarət edəcək.
Atəşkəs elanı çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığından sonra verilib.
Söhbət zamanı Rusiya prezidenti bildirib ki, Ukrayna qoşunları təslim olana qədər Mariupolun atəşə tutulacaq.
Səkinəxanım Məmmədova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox