• $
  • £

Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlandı

Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlandı
01.04.2022 10:43
2020-ci il noyabrın 10-dan bu günə kimi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində  23 min hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

"2020-ci il noyabrın 10-dan indiyədək Qarabağda və Şərqi Zəngəzurda 23 min hektar ərazi təmizlənib, 55 mindən çox mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib, o cümlədən 10 min tank əleyhinə mina, 19 min piyadaəleyhinə mina zərərsizləşdirilib", -  Süleymanov cümə günü Bakıda "Humanitar minatəmizləmə və davamlı inkişaf məqsədləri” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Azərbaycan həmçinin Mina Təhlükəsinə Qarşı Mübarizə üzrə Qlobal Etimad Fondunun yaradılmasını təklif edib. Bunu Azərbaycan Prezidentin köməkçisi, Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Mina problemi Azərbaycan üçün ən aktual problemlərdən biridir. Bu gün Azərbaycanın işğaldan azad edilmiş torpaqları dünyanın minalarla ən çox çirklənmiş ərazilərindən biri sayılır. Bu baxımdan hesab edirik ki, ölkəmiz minalarla mübarizə ilə bağlı müntəzəm illik müzakirələr və qiymətləndirmələr üçün faydalı platformadır. Biz həmçinin gözləyirik ki, bu günkü konfransın nəticələrinə əsasən, Azərbaycan hökumətinin mina təhlükəsi ilə mübarizə səylərini dəstəkləyən qlobal etimad fondunun yaradılması ideyası dəstəklənəcək”, - Hacıyev bildirib. 

Onun sözlərinə görə, Azərbaycan hökuməti istənilən formada birgə əməkdaşlığa açıqdır. 

Ermənistanın işğalından azad edilmiş ərazilərdə Azərbaycan hökumətinin üzləşdiyi problemlərdən biri də minalanmış sahələrdir. 

Qarabağ və Şərqi Zəngəzur ərazisinin böyük hissəsi bu torpaqların işğalı zamanı erməni hərbçiləri tərəfindən minalanıb. Rəsmi Bakının apardığı bir sıra tədbirlər nəticəsində Ermənistandan  bir sıra rayonların minalanmış sahələrinin xəritələri alınıb. Lakin onların dəqiqliyi cəmi 25% təşkil edib. 

İkinci Qarabağ müharibəsinin başa çatdığı 2020-ci il noyabrın 10-dan indiyədək mina partlayışları nəticəsində işğaldan azad edilmiş ərazilərdə 200-ə yaxın Azərbaycan hərbçisi və mülki şəxs həlak olub və yaralanıb.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Cəmiyyət 23:56
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Cəmiyyət 23:28
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Cəmiyyət 21:56
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:58
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Cəmiyyət 19:55
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Cəmiyyət 19:48
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Cəmiyyət 19:34
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Cəmiyyət 18:26
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Cəmiyyət 17:23
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol