Rusiya mülki aviasiyası sanksiyalar səbəbindən iflic olub
Rusiya tərəfindən alınmış Boeing və Airbus təyyarələri Qərbin Rusiya aviasiyasına qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq Rusiya Federasiyasında qalacaq. Amma onlardan necə istifadə ediləcəyi hələ də sual altındadır. Bunu Rusiya baş nazirinin müavini Yuri Borisov bildirib.
"Əksər xarici təyyarələr Rusiyada qalacaq. Onların bəzilərinə sanksiyalar dövründə həbs qoyulub (söhbət sanksiya qoyulma vaxtına xarici ölkələrin hava limanlarında olan və lizinqə verilmiş təyyarələrdən gedir, - red). Lakin Boeing və Airbus təyarələrinin böyük əksəriyyəti Rusiyada qalır. Onlar Rusiya reyestrinə daxil edilib və Rusiya sığorta şirkətləri tərəfindən sığortalanıb”, - Borisov Rusiya prezidenti Vladimir Putinlə aviasiya ilə bağlı görüşdə qəbul edilən qərarları "Rossiya-24" telekanalında şərh edərkən bildirib.
Fevralın sonunda bir sıra Qərb ölkələri Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar elan edib, onlardan bəziləri aviasiya sənayesinədə zərbə vurub. Xüsusilə, Rusiya Federasiyasına mülki təyyarələrin və onlar üçün ehtiyat hissələrinin ixracına, onlara texniki xidmət göstərilməsi və sığortalanmasına qadağa qoyulub. Artıq ölkədə istismar edilən təyyarələr sanksiyalara uyğun olaraq onları lizenqə verən xarici icarədarlara qaytarılmalıdır. Bu təyyarələrin sanksiya müddətində xarici ölkə hava limanlarında olan hissəsi artıq müsadirə edilib. Rusiyada qalanlardan isə ölkə yalnız ölkə daxilində istifadə edə bilər. Əks halda xarici hava limanına düşən kimi onlara da həbs qoyulacaq.
Rusiya vəziyyətdən çıxmaq üçün öz sərnişin təyyarələrini MS-21-lərin kütləvi istehsalına başlamağı düşünürdü. Amma Rusiya tərəfinin bu istəyi də Borisovun szlərinə görə, baş tuta bilmir və ölkə MS-21 mülki təyyarələrinin seriya istehsalı 1-2 il uzatmaq məcburiyyətində qalıb.
"Yerli modellərə gəlincə, böyük həcmdə mövcud olan və iki flaqman modelimizin - Superjet 100 və MS-21-in dizaynına daxil edilmiş komponentlərin xaricdən idxalına qadağa qoyulub. Odur ki, biz onların Rusiya daxilində istehsalını təşkil etməliyik. Amma bunun üçün də 1-2 il tələb olunur. Obu təyyarələri kütləvi istehsal etməklə bağlı ilkin planlarımız dəyişdirilib”, - Borisov deyib.
Onun sözlərinə görə , MS-21 üçün Pratt & Whitney şirkətinin mühərriklərinin alınması planlaşdırılmışdı. Amma artıq bu mühərriklər Rusiyaya satılmayacaq. Odur ki, Rusiya yerli, Yəni Rusiya malı olan PD-14 mühərrikinin istehsalını təmin etməlidir. Bu da görünür asan iş deyil.
"Təbii ki, biz Rusiya təyyarələrinin lazımi sayda kütləvi istehsalını qurana qədər yaxın gələcəkdə xarici təyyarələrdən necə istifadə edə biləcəyimiz barədə düşünməliyik. Bu məsələ Nəqliyyat Nazirliyindən olan həmkarlar tərəfindən ətraflı şəkildə işlənir". Sənaye və Ticarət və hökumətdəki nəqliyyat və sənaye bloku”, - Borisov əlavə edib.
Onun fikrincə, Rusiya ərazisində olan Boeing və Airbus təyyarələrinin istismar müddəti 15 ildən azdır. Amma onların istismarı üçün də ehtiyat hissələrinin alınması tələb olunacaq ki, onların da Rusiyaya ixracına qadağa qoyulub.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox