“Azərişıq” Zəngilan və Hadrut layihələri üçün podratçı seçir

"Azərişıq” ASC Zəngilan şəhərində 35/00,4 kV-luq "Zənglian” rəqəmsal yarımstansiyasının və İdarəetmə Mərkəzinin tikintisi, həmçinin 35 kV-luq ikidövrəli kabel xəttinin çəkilməsi üçün podratçı seçir.
Bundan başqa "Azərişıq” ASC Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni yarımstansiyanın tikintisi üçün də podratçı seçimi üzrə tender elan edib. Bura yeni 35 kV-luq yarımstansiyanın tikintisi, idarəetmə mərkəzi, avadanlıqların quraşdırılması daxildir.
Hər iki layihə üzrə seçim tender əsasında həyata keçiriləcək.
"Zənglian” rəqəmsal yarımstansiyasının və İdarəetmə Mərkəzinin tikintisi üzrə tenderdə iştirak haqqı 500 manatdır.
Şirkətlərin tender təklifləri 19 may saat 12:00-dək qəbul edilir.
Tender proseduru 20 may saat 12:00-da keçiriləcək.
Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni yarımstansiyanın tikintisi üzrə tenderdə iştirak haqqı isə 750 manatdır.
Şirkətlərdən təkliflər 19 aprel saat 15:00-dək qəbul edilir, təkliflərin açılması proseduru 20 aprel saat 15:00-da baş tutacaq.
Azərbaycan Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə "Bakıelektrikşəbəkə” ASC "Azərişıq” ASC-yə çevrilib. "Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan ərazisində elektrik enerjisinin alınması, istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli enerji təchizatı daxildir.
N.Təbrizli
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər