Neft fondu valyuta satışını artırıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2022-ci ilin martında Mərkəzi Bankın auksionlarında valyuta satışını fevrala nisbətən 41,8% artırıb. Bu barədə Azərbaycan ARDNF məlumat verib.
Belə ki , 2022-ci ilin martında ARDNF tərəfindən 526,2 milyon ABŞ dolları məbləğində xarici valyuta satılıb. Cari ilin fevralında bu rəqəm 371,2 milyon ABŞ dolları təşkil edib. Beləliklə, martda Dövlət Neft Fondu tərəfindən valyuta satışı fevralla müqayisədə 41,8% artıb.
ARDNF tərəfindən valyuta satışı bu ilin birinci rübündə də keçən ilin eyni rübü ilə müqayisədə artıb. Belə ki, 2022-ci ilin yanvar-martında fond Mərkəzi bankın hərraclarında 1 milyard 624,4 milyon ABŞ dolları xarici valyuta satıb. Bu da 2021-ci ilin uyğun dövründən 9,8% çoxdur.
Hazırda valyuta hərraclarında xarici valyuta satışını əsasən ARDNF həyata keçirir.
Fond keçən il hərracda 6 milyard 679 milyon dollar satıb. Bu isə ayda orta hesabla 556,6 milyon dollar deməkdir.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər