• $ 1.7
  • € 1.9654
  • ₽ 0.021656
  • ₺ 0.0432
  • £ 2.3075

"Aprel" döyüşlərinin 6-cı ili - Bu savaş niyə genişmiqyaslı müharibəyə çevrilmədi?

02.04.2022 20:47
Azərbaycan və Ermənistan arasında baş vermiş  "Aprel döyüş"lərinin 6 ili tamam olur. 

2016-cı il martın ortalarından ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan ordusunun mövqeləri və yaşayış məntəqələri Ermənistan tərəfindən intensiv atəşə tutulub. Bu atəşlərdən sonra tarixə aprel döyüşləri kimi düşən 4 günlük müharibə başlayıb. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnib, Tərtərin Talış kəndi ətrafındakı yüksəkliklər, Qazaxlar kəndi, Suqovuşan (Madaqiz) kəndi iqtiqamətindəki yollar,  Cəbrayılın Lələ təpə yüksəkliyi, Cocuq Mərcanlı, Goranboyun Gülüstan kəndi Ermənistan işğalından azad edilib. 
 
"Aprel" döyüşləri özünün həcminə görə 1994-cü ilin mayın 12-də razılaşdırılmış atəşkəs rejimindən sonra Azərbaycan qoşunların təmas xəttində baş vermiş ən böyük hərbi qarşıdurma idi. Bəs, bu qarşıdurmadan sonra Qarabağda Azərbaycan-Ermənistan arasında müharibə niyə başlamadı? 
 
Hərbi ekspert Emil Həsənli bildirdi ki, "Aprel" döyüşləri ilə Azərbaycan beynəlxalq aləmə torpaqlarının işğalı ilə barışmayacağı mesajını verdi. 
 
"Aprel döyüşləri"nin strateji əhəmiyyəti böyük idi. Bu döyüşlər ilə Ermənistan çox sayda texnika itirdi. Lələtəpə kimi əhəmiyyətli yüksəklik bu 4 günlük müharibə ilə Azərbaycana qayıtdı. Həmin döyüşlərdən sonra ordumuzun mövcud vəziyyəti təhlil edildi. Daha düzgün addımlar atması üçün şərait yaradıldı. Texnikalar gücləndirildi. Həmçinin, "Aprel" döyüşlər Azərbaycan xalqında yüksək əhval yaratdı, dünyaya isə torpaqlarımızı azad edəcəyimiz mesajını ötürdü. Onların mifə çevirdiyi Ohanyan səddini yarmağın mümkünlüyü "Aprel" döyüşlərində sübut olundu. 4 günlük savaşdan sonra Ermənistan danışıqlar yolu ilə torpaqları qaytaracağı sözünü verdi. Azərbaycan öz torpaqlarını qan tökmədən qaytarmaq tərəfdarı olduğu üçün atəşkəs əldə edildi. Bu döyüşlərdən bir müddət sonra Armen Sarkisyan vəzifədən getdi. Paşinyanın gəlişindən sonra bir müddət yenə danışıqlar oldu. Lakin ermənilərin torpaqlarımızdan əl çəkmədiyini gördük. 2020-ci ildə Azərbaycan beynəlxalq ictimaiyyətə elan etdi ki, biz çox gözlədik artıq səbrimiz yoxdur. 4 il sonra 44 günlük müharibə ilə Azərbaycan torpaqlarını qaytardı. İlham Əliyev, doğrudan da, nəyi nə zaman etməli olduğunu bilir. Düzgün zamanda, düzgün atdı", - Həsənli vurğuladı. 
 
Siyasi ekspert Rusif Məmmədsoyun sözlərinə görə, "Aprel" döyüşlərinin geniş müharibəyə çevrilməməsinin səbəbi Rusiya ilə bağlı idi.
 
"Aprel" döyüşləri əslində bir daha Ermənistana və havadarlarına göstərdi ki, Azərbaycan Qarabağla bağlı bir addım belə geri çəkilməyəcək. Eyni zamanda, Azərbaycan bunu sadəcə diplomatik yolla həll etmək istəsə də, uzun illərdən sonra hər hansı müsbət addım müşahidə etməsə proseslərin hərbi müstəviyə keçəcəyi siqnalını verdi. Aprel döyüşlərinin geniş müharibəyə çevrilməməsinin səbəbi yenə də şimal "qonşumuz" Rusiya ilə bağlı idi. O zaman Sergey Lavrovun, Sergey Şoyqunun zəngləri bizim İrəliməməyimizə mane olmuşdu. Bunu 44 günlük savaşda da etdilər. Lakin, 2020-ci il sentyabrında situasiya fərqli idi. İndi yanımızda daha güclü Türkiyə var idi. Bu mənada Rusiyanı neytrallaşdırmaq imkanımız oldu. Bundan əlavə, Böyük Britaniyanın Azərbaycan əleyhinə koalisiyalarda yer almaması da bizi Qərbdən gələn təzyiqlərdən qorumuş oldu. Hər bir halda Aprel döyüşləri vacib əhəmiyyətə malik idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin", - ekspert bildirdi.
 
Aprelin 3-də Tərtərin Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi azad olunub, Füzuli istiqamətində Ermənistanın pilotsuz uçuş aparatı vurulub. 

Aprelin 4-ü Ermənistan itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edir və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutub. 

Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb. Razılaşma Moskva şəhərində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisləri arasında əldə edilib. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirib.
 
Aprelin 1-6-da cəbhə xəttində baş verən toqquşmalarda Azərbaycan Silahlı Qüvvələrinin 94 hərbi qulluqçusu həlak olub. 44 yaralının adı bəllidir.

Həlak olanlardan 48 nəfəri əsgər, 12-i Müddətdən artıq Hərbi Xidmət Qulluqçusu, 12-i gizir, 22 nəfəri isə zabitdir. 
 
2016-cı il aprelin 19-da Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 3 üzvü "Azərbaycanın Milli Qəhrəmanı", 7 üzvü "Azərbaycan Bayrağı" ordeni, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 19 üzvü "Vətən uğrunda" medalı, 43 üzvü "İgidliyə görə" medalı, 45 üzvü "Hərbi xidmətlərə görə" medalı, 2 üzvü "general-mayor" ali hərbi rütbəsi ilə mükafatlandırılıb.

Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, "Aprel döyüşlər"ində Ermənistana məxsus 30-dək tank, 320 döyüşçü məhv edilmiş və 500-dən artıq döyüşçüsü yaralanıb. Ermənistan tərəfin məlumatlarına əsasən isə döyüşlərdə 91 erməni hərbçi həlak olub. 

Müharibədə Azərbaycanın 32 yaşayış məntəqəsinin bombalanması nəticəsində  2-i uşaq olmaqla 6 mülki şəxs həlak olub, 26 şəxs ağır yaralanıb. Hücumlar nəticəsində həmçinin çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəyib. 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdılıb. Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla sosial müəssisələrə Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri endirilib. 1 məscid ibadət zamanı yüksək kalibrli artilleriya mərmiləri ilə vurulub.

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, məcburi köçkünlərdən 16 nəfər ölüb, 40 nəfər yaralanıb, məcburi köçkünlərin məskunlaşdığı 228 mənzilə ziyan dəyib, 235-ə yaxın mal-qara tələf olub.

"Aprel" döyüşləri zamanı 2000-dən artıq insan Qarabağı tərk edib Ermənistana köçüb.
 
Hər il aprelin 1-ci həftəsində döyüşlərdə ölən şəxslər anılır. Həmçinin, "Aprel döyüşlər"indən bəhs edən tədbirlər keçirilir. 
 
Ləman Qasımova
 

 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Hələ danışmaq tezdir -  Əliyev İranla əlaqələr barədə
Siyasət 22:53
Hələ danışmaq tezdir - Əliyev İranla əlaqələr barədə
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Siyasət 16:38
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Pezeşkian Bakıya gələcək
Siyasət 17:28
Pezeşkian Bakıya gələcək
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
Siyasət 14:18
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
 Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
Siyasət 13:55
Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Siyasət 14:14
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Siyasət 13:19
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Siyasət 14:23
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol