Rusiya-Ukrayna müharibəsinin bu günü - İCMAL
Rusiyanın Ukraynada hərbi əməliyyatlar keçirtməsi prosesi davam edir.
Müharibənin bu gününə olan əsas hadisələri təqdim edirik:
-Rusiya qoşunlarının Kiyev vilayətindən geri çəkilməsi zamanı dinc əhalinin öldürülməsinə görə Aİ Moskvaya qarşı yeni sanksiyalar paketi hazırlayır. Digər məsələlərlə yanaşı, Rusiyanın enerji resurslarının alınmasından tamamilə imtina etmək təklif edilir.
-Ukrayna prezidenti Vladimir Zelenski CBS telekanalına müsahibəsində Rusiyanın işğalını Rusiyaya tabe olmaq istəməyən və bunun nəticəsində məhv olan "bütün xalq üçün işgəncə” adlandırıb.
-BMT Ukraynada müharibə zamanı həlak olan mülki şəxslərin son sayını açıqlayıb - rəsmi təsdiqlənmiş məlumatlara görə, onların sayı 1400-dən çoxdur, lakin real rəqəm bundan xeyli çox ola bilər.
- Beynəlxalq Qızıl Xaç Komitəsi humanitar karvanının hələ də mühasirədə olan Mariupola çatmadığını bildirib.
-Papa Fransisk jurnalistlərə bildirib ki, Kiyevə getməyə hazırdır və papalıq taxt-tacı bu ehtimalı öyrənir, lakin etiraf edib ki, bu planının yaxın gələcəkdə gerçəkləşib-gerçəyəcəyini hələ bilmir.(BBC)

Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox