• $
  • £

Zelenski Buçaya getdi

Zelenski Buçaya getdi
04.04.2022 16:40
Ukrayna Prezidenti Vladimir Zelenski mülki əhalinin qətliamına dair sübutların tapıldığı Buçaya səfər edib. Bu barədə UNİAN xəbər  agentliyi məlumat yayıb.
 
O, dağılmış Rusiya texnikası ilə yola baxış keçirib, yerli sakinlərlə söhbət edib.  Zelenski Rusiyanın Ukraynada hərbi cinayətlər və soyqırım törətdiyini də bildirib.
 
BBC müxbiri səfər zamanı Zelenskidən hələ də Rusiya ilə sülhü müzakirə etməyin mümkün olub-olmadığını soruşub.
 
Cavabında isə "Bəli, çünki Ukrayna sülh tapmalıdır. Biz 21-ci əsrin Avropasındayıq. Diplomatik və hərbi səylərimizi davam etdirəcəyik", - deyə Zelenski bildirib.
 
Rusiya hərbçilərinin nəzarətindən azad edilmiş Kiyev vilayətinin ərazisindən həlak olmuş 410 nəfər dinc sakinin meyitləri çıxarılıb. Ukraynanın baş prokuroru İrina Venediktovanın açıqlamasına görə, məhkəmə-tibb ekspertləri artıq 140 qurbanın meyitlərinə baxış keçirib.
 
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
KİV: Xamenei Məşhəd şəhərində dəfn olunacaq
Dünya 22:55
KİV: Xamenei Məşhəd şəhərində dəfn olunacaq
ABŞ Beyrutdakı səfirliyini bağlayır
Dünya 21:53
ABŞ Beyrutdakı səfirliyini bağlayır
Израиль готовит частичное открытие неба
Dünya 21:45
Израиль готовит частичное открытие неба
Bəhreyndə hava həyəcanı siqnalı səslənib
Dünya 20:35
Bəhreyndə hava həyəcanı siqnalı səslənib
Qətər İrana cavab zərbələri endirib
Dünya 20:05
Qətər İrana cavab zərbələri endirib
Tehranda hava limanı vuruldu
Dünya 19:23
Tehranda hava limanı vuruldu
Paşinyan Gürcüstana səfər edib
Dünya 18:57
Paşinyan Gürcüstana səfər edib
Bayramov fransalı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib
Dünya 18:46
Bayramov fransalı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib
İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
Dünya 18:04
İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol