Neft bahalaşmağa başlayır

Neft qiymətləri bazar ertəsi günortadan sonra yavaş-yavaş artır.
Londonun ICE Futures birjasında Brent markalı neftin iyun fyuçersləri saat 15.31 üçün 0,48 dollar (0,46%) bahalaşaraq 1 barel üçün 104,87 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin may fyuçerslərinin dəyəri 0,56 dollar (0,56%) artaraq 1 barelə üçün 99,83 dollar təşkil edib.
Keçən həftənin sonunda Brent 11,1%, WTI - 12,8% ucuzlaşmışdı.
İnvestorlar əvvəlki kimi bazarda qıtlığın olmasından ehtiyat edir. Bununla belə ABŞ və Beynəlxalq Enerji Agentliyinin üzvü olan ölkələrin strateji ehtiyatları hesabına bazara əlavə neft çıxaracaqları barədə bəyanatlarına güvənirlər.
"ABŞ və müttəfiqlərin birgə səyləri 2022-ci ildə bazarda yaşana biləcək neft qıtlığını müvəqqəti kompensasiya edə bilər. Lakin bu, uzunmüddətli həll yolu ola bilməz", - CMC Markets APAC & Canada analitiki Tina Teng bildirib.
www.anews.az

Bundan əlavə, bazar iştirakçıları Səudiyyə Ərəbistanı ilə Yəmən husiləri arasında gedən hərbi əməliyyatların dayandırılması barədə bəyanatların neftin qiymətinə təsir edəcəyini bildirir.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər