“Danışıqları gecikdirməsi Rusiya üçün pis olacaq” - Zelenski
Rusiyanın danışıqlar prosesini gecikdirməsi onun üçün pis nəticələr verəcək.
Zelenskinin sözlərinə görə, Ukrayna və Rusiya xarici işlər nazirlərinin Türkiyədəki görüşü nəticəsiz başa çatıb.
"Hər gün qoşunlarımız müəyyən ərazilərə girib işğaldan azad ediləndə siz nə baş verdiyini görürsünüz”, - deyə Zelenski bildirib.
"Onların burada nə etdiklərini görəndə danışmaq çox çətindir. Hər gün orada çəlləklərdə, zirzəmilərdə adamlar tapılır, boğularaq öldürülür, işgəncələrə məruz qalır. Ona görə də hesab edirik ki, əgər onların düşünəcəkləri bir şey varsa, daha tez düşünməlidirlər”, - Zelenski vurğulayıb.
"Çünki müasir Avropa ölkəmiz müharibə şəraitində yaşaya bilməz. Qələbəsiz sülhdən söhbət gedə bilməz. Qələbə ordumuzun döyüş addımları ilə paralel diplomatik formatda ola bilər. Ordumuz hər gün döyüş addımlarını nümayiş etdirir".
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün mülki əhalinin kütləvi olaraq öldürülməsi ilə gündəmə gələn Buça şəhərinə səfər edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər