• $
  • £

İndiyədək 6 minə yaxın şəxs əfv edilib

İndiyədək 6 minə yaxın şəxs əfv edilib
05.04.2022 10:47
Prezident İlham Əliyev indiyədək 6 minə yaxın şəxsi əfv edib, bunu ədliyyə naziri Fikrət Məmmədov Azərbaycan üçün 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planının təqdimetmə mərasimində deyib.

"Ötən dövrdə ölkə Prezidenti İlham Əliyev tərəfindən 6 minə yaxın şəxs əfv olunub. Torpaqlarımızın Vətən müharibəsi nəticəsində işğaldan azad olunmasının ildönümü, 8 noyabr - Zəfər Günü münasibətilə qəbul edilən amnistiya aktı 17 mindən çox şəxsə tətbiq edilməklə əhatəliliyinə görə ən geniş olub", - nazir vurğulayıb.
 
1995-2003-cü illərdə qəbul olunmuş 7 amnistiya aktı 77 mindən çox insana aid edilib.  İndiyə kimi 32 əfv fərmanı imzalanıb, 3100-dən çox məhkum azad edilib.

"Zəfər günü"nə həsr olunmuş amnistiya aktı 15 450 nəfərə aid edilib. 8626 nəfər cəzadan tam azad edilib, 6 490 nəfərin cəzası azaldılıb. Amnistiya Aktı tətbiq edilənlərdən 86 nəfəri əcnəbi, 735-i qadın, 45-i yetkinlik yaşına çatmayan, 491-i nəfər 60 yaşına çatmış, 86 nəfəri Qarabağ müharibəsi iştirakçısı olub. 332 nəfərin cinayət təqibinə xitam verilib. Amnistiya Aktı ilə 1 200 məhkum pul cərimə cəzasından azad edilib. Cərimələrin yekun məbləği 1 milyon 500 min manat olub.

Amnistiya cəzanın yüngülləşdirilməsi, yaxud ləğv edilməsidir. Amnistiya elə bir normativ-hüquq aktıdır ki, o, hüquq pozuntuları törətmiş şəxslərin fərdi olaraq müəyyənləşdirilməmiş dairəsi barəsində qəbul edilir və həmin şəxsləri, onlara qarşı tətbiq olunmuş və ya oluna biləcək sanksiyalardan (cəzalardan) azad edir, yaxud yüngülləşdirir.

Amnistiyanın tətbiqi dairəsi heç də cinayət qanunvericiliyi ilə məhdudlaşmır, bir sıra ölkələrdə tez-tez vergi amnistiyası aktları da qəbul edilir.

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 1-ci hissəsinin 19-cu bəndinə əsasən, amnistiya məsələlərinin həlli Milli Məclisin səlahiyyətinə aiddir. Bu səlahiyyət təkcə cinayət qanunvericiliyi ilə məhdudlaşmır. Cinayət qanununa gəldikdə isə Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən, cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər. Yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğunun götürülməsi də mümkündür.
 
Amnistiya və əfvetmənin fərqi nədir?

Cinayət Məcəlləsinin (CM) 81-ci maddəsinə görə, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Milli Məclis tərəfindən qəbul edilir.

Məcəllənin 82-ci maddəsinə görə, əfvetmə fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. 
 
Əfv Cinayət Məcəlləsinin hər hansı bir maddəsi ilə ittiham olunaraq, barəsində məhkəmə hökmü çıxarılmış şəxslərə aid edilir. Əfv müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının vaxtını azalda bilər. Həmçinin, əfvlə məhkumluq birdəfəlik ləğv oluna bilər. Şəxs ictimai təhlükəsi az olan, ağır sayıla bilməyəcək cinayət törədibsə, əfv üçün müraciət edə bilər. Bu, hər bir vətəndaşın konstitusion hüququdur.
 
Şəxslərin əfv və ya amnistiya ilə azadlığa çıxması onların bəraət alması demək deyil. Bəraət yalnız məhkəmənin qərarı ilə verilə bilər. Yəni hər hansı maddə ilə ittiham edilən insanın əməlində doğurdan da cinayət tərkibi olmur. Şəxsin qanunu pozması barədə sübutlar yoxdursa, istintaq tədbirləri zamanı onun cinayət işləmədiyi üzə çıxarsa, o adamlar bəraət ala bilər. Həmçinin, bu məsələ amnistiyaya da aiddir. Amnistiya da bəraət üçün əsas deyil. Şəraitin dəyişməsi ilə şəxs barəsində cinayət işinə xitam verilməsi də qanunda nəzərdə tutulur. Ancaq bu da hələ həmin adamların bəraət alması anlamına gəlmir. Bir də cinayət işinin qaldırılmasından sonra müddətlərin keçməsi ilə əlaqədar şəxslərin məhkumluğu götürülə bilər. Amma məhkumluğun götürülməsi də həmin adamın bəraət alması deyil. 

Ləman Qasımova

 





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva: Təhsil müəssisələrində qida təhlükəsizliyinə nəzarət gücləndirilməlidir
Cəmiyyət 12:24
Səbinə Əliyeva: Təhsil müəssisələrində qida təhlükəsizliyinə nəzarət gücləndirilməlidir
Ombudsman ibtidai siniflərin dərsi yükü ilə bağlı təkliflər verib
Cəmiyyət 12:14
Ombudsman ibtidai siniflərin dərsi yükü ilə bağlı təkliflər verib
Bakıda bir il ərzində hər 100 nəfərdən 56-sı boşanır
Cəmiyyət 12:04
Bakıda bir il ərzində hər 100 nəfərdən 56-sı boşanır
DSX: Dövlət sərhədini pоzduqlarına görə16 nəfər saxlanılıb
Cəmiyyət 12:04
DSX: Dövlət sərhədini pоzduqlarına görə16 nəfər saxlanılıb
Fazil Mustafa: Rusiyada həbs olunan azərbaycanlıların müdafiəsi üçün ciddi addımlar atılmalıdır
Cəmiyyət 11:57
Fazil Mustafa: Rusiyada həbs olunan azərbaycanlıların müdafiəsi üçün ciddi addımlar atılmalıdır
Deputat: Güclü məhkəmə olmadan sosial ədaləti bərpa etmək mümkün deyil
Cəmiyyət 11:50
Deputat: Güclü məhkəmə olmadan sosial ədaləti bərpa etmək mümkün deyil
Ombudsman “Məktəbli avtobusları” xidmətinin ödənişinə yenidən baxılmasını təklif edib
Cəmiyyət 11:37
Ombudsman “Məktəbli avtobusları” xidmətinin ödənişinə yenidən baxılmasını təklif edib
İnternetin xərcləri mexanizminə yenidən baxılmalıdır - Ombudsman
Cəmiyyət 11:31
İnternetin xərcləri mexanizminə yenidən baxılmalıdır - Ombudsman
Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Cəmiyyət 10:09
Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol