ABB-nin sənədli əməliyyatlar portfeli 1 milyard manata çatıb

İş adamlarının
etibarlı tərəfdaşı olan ABB biznesə dəstəyini sənədli əməliyyatlar və ticarətin
maliyyələşdirilməsi sahəsində də uğurla davam etdirir. Bankın bu istiqamət üzrə
portfelinin həcmi martın sonuna 1 milyard manata çatıb.
ABB biznes
qurumlarına ehtiyac duyduqları sənədli əməliyyatların ən müxtəlif növlərini təklif
edir. Müştərilər Bankın akkreditiv, bank qarantiyası, inkasso, layihələrin
maliyyələşməsi məhsullarından rahatlıqla istifadə edə bilərlər.
ABB xaricdə ən
geniş müxbir şəbəkəsinə malik Azərbaycan bankıdır. Dünyanın 30-a yaxın bankında,
o cümlədən 4 ABŞ bankında müxbir hesabları var. Bundan başqa, 30-dan çox
nüfuzlu bankla tərəfdaşlıq edərək sənədli
əməliyyatların və ticarətin maliyyələşdirilməsi əməliyyatlarının aparılması
üçün kredit xəttləri mövcuddur. ABB xarici tərəfdaşları olan banklardan da şirkətlər
üçün qarantiya məktublarının alınmasını təmin edə bilir. Eyni zamanda, xarici bankların
vəsaitləri hesabına layihələrin 10 ilə qədər müddətdə maliyyələşdirilməsinə şərait
yaratmaq imkanındadır.
Bütün bunlar iş
adamları üçün böyük fürsətlər deməkdir. Belə ki, ABB-nin sənədli əməliyyat məhsulları
hesabına müştərilər beynəlxalq ticarət əməliyyatlarını, hesablaşmalarını heç
bir gecikmə yaranmadan həyata keçirə bilirlər. ABB-nin istənilən filialına müraciət etməklə bu imkanlardan yararlanmaq
olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər