İlham Əliyev yeni seçilən Prezident və Baş naziri təbrik etdi
Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçə məktub ünvanlayıb.
"Hörmətli cənab Prezident,
Serbiya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Sizə ən xoş arzularımı yetirir, dost Serbiya xalqının rifahı naminə ali fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram”.
Prezident İlham Əliyev, həmçinin Macarıstanın Baş naziri Viktor Orbana məktub ünvanlayıb.
"Hörmətli cənab Baş nazir,
Biz Azərbaycan-Macarıstan əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Dövlətlərarası münasibətlərimizin və əməkdaşlığımızın bugünkü səviyyəsi məmnunluq doğurur.
İnanıram ki, ölkələrimiz arasındakı sıx dostluq və səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcək, strateji tərəfdaşlığımız daha da genişlənəcəkdir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
12:10
İlham Əliyev Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarını qəbul edib
Siyasət
11:28
Ombudsman artıq ödənilmiş pensiyaların tutulma müddətinin 3 ildən 1 ilə endirilməsini təklif edib
Siyasət
10:06
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir
Siyasət
21:54
Yaponiyanın Azərbaycandakı səfirliyi martın 2-3-də konsulluq xidmətləri göstərməyəcək - Yenilənib