• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

İdman federasiyalarında pulsuz işləyən NAZİRLƏR

İdman federasiyalarında pulsuz işləyən NAZİRLƏR
06.04.2022 16:39
Azərbaycanda əksər idman növləri üzrə federasiyaların rəhbərləri nazir vəzifəsini icra edən şəxslərdir. Belə ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Güləş Federasiyasının, kənd təsərrüfatı naziri İnam Kərimov Ağır Atketika Federasiyasının, daxili işlər naziri Vilayət Eyvazov Atçılıq Federasiyasının, Əəmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev Boks Federasiyasının, rəqamsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Cüdo Federasiyasının prezidenti vəzifələrini icra edir. 
 
Bəs nazirlərin federasiya rəhbəri çalışması ölkə idmanına nə verir? 
 
Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, dünya çempionu və sabit millət vəkili Ağacan Abiyev bildirib ki, nazirlərin federasiyaya rəhbərlik etməsi yaxşı haldır. 
 
"Federasiyaların dəstəyə ehtiyacı var. Köməksiz iş getmir. Nazir və məmurların dəstək olması bununla bağlıdır. Bütün dünyada federasiyalara nazirliklər dəstək olur. Çünki onların gördüyü iş daha sanballı olur. İdmançıların beynəlxalq yarışlara qatılmasıı üçün mütləq sponsorlar lazımdır. Sponsorlar da həmin nazirliklərdir. Nazirlərin federasiya prezidenti postuna cəlb olunmasını yüksək qiymətləndirirəm", -  o bildirib. 
 
Gənclər və İdman Nazirliyinin sözçüsü Qabil Mehdiyev deyir ki, nazirlərin bu vəzifəyə namizədliyini Gənclər və İdman Nazirliyi müəyyən etmir.

"Federasiya prezindetliyinə nazirlərin seçilməsi uzun müddətdir ki, ənənə halını alıb. Nazirlər sadəcə bu işdə dəstəkçi olur. Seçildikdən sonra mütəxəssisləri ətrafına yığır. Burada pis heç nə görmürəm. Federasiya rəhbərləri həmin federasiyanın daxili seçimi əsasında müəyyən edilir, bizim nazirlik sadəcə seçim tədbirlərində iştirak edir. Bəziləri elə bilir ki nazirlər o vəzifə üçün pul alır, bu belə deyil. Nazirlər o vəzifə üçün heç bir maaş almır", -  sözçü əlavə edib.

İdman sahəsi üzrə hüquqşünas Fərid Haqverdiyevin fikrincə,  federasiyalar kommersiya təşkilatı olmadığı üçün  nazirlərin prezident seçilməsi hüquqi baxımdan ziddiyyət təşkil etmir.  
 
"Qanunvericilikdə bununla bağlı hər hansı məhdudiyyət yoxdur. Vəzifə olaraq biri rəsmi, digəri ictimai vəzifədir. Şəxslər işini elə qurmalıdır ki, hər iki vəzifədə işini doğru şəkildə apara bilsin. Federasiyalar ictimai birlik hesab olunur. İctimai birliklərdə də prezident vəzifəsi qurumun daxilində seçim əsasında müəyyənləşdirilir", - o vurğulayıb. 
 
Hüquqşünas Elcan Məmmədli isə deyir ki, Azərbaycanda idman  federasiyalarının nizamnaməsi mətbuata açıq olmadığı üçün onlar haqqında fikir söyləmək çətindir.
 
"Azərbaycanda nazirlərin federasiyalarda prezident vəzifəsini icra etməsi geniş yayılmış haldır. Federasiyalar qeyri kommersiya birliyi olduğundan onların  prezidenti ictimai vəzifə sayılır.  Ümumilikdə isə 99% federasiyaların maliyyəsi Gənclər və İdman Nazirliyi tərəfindən tənzimlənir",  o, bildirib. 

 Bəs federasiyalar nazirlərin işindən razıdırmı?  
 
Mikayil Cabbarovun Prezident olduğu Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı deyir ki, nazir bu yaxınlarda idarə heyyətinin üzvləri işə tanışlıq iclası keçirəcək. 
 
"Güləş Federasiyası hazırda İqtisadiyyat Nazirliyinin balansındadır. Nazirin seçilməsi fərdi təşəbbüslə olmayıb. Yığıncaq keçirilib və federasiyanın üzvlərinin seçimi əsasında belə bir qərar qəbul olunub. Bu yaxınlarda yığıncaq olacaq və idarə heyəti formalaşacaq. Federasiyanın ünvanı iqtisadiyyat Nazirliyinin tabeliyində olduğu üçün qəbullar da orada keçirilir", -  Sərxan Musalı bildirib.
 
Boks Federasiyasının mətbuat katibi Tahir Hümmətovun sözlərinə görə, federasiya prezidenti hesabat-seçki konfransında səsvermə ilə seçilib. Səsvermədə federasiyada bu hüquqa malik olanlar iştirak edib və Sahil Babayev bu posta yeganə namizəd olub. 

"Azərbaycan Boks Federasiyası qeyri-hökumət təşkilatıdır. İctimai birlik kimi fəaliyyət göstərir. Federasiya prezidenti maaş almır. Hər həftə İdarə Heyəti ilə görüşlər keçirir, lazımı tapşırıqlarını verir. Federasiya prezidenti quruma rəhbərlik edir. Azərbaycan boksunun daha da inkişaf etməsi, kütləviləşməsi, ölkədə coğrafiyasının genişləndirilməsi və komandalarımızın beynəlxalq yarışlarda uğurla iştirakının təmin edilməsi ilə bağlı müvafiq göstərişlərini verir", -  deyə Tahir Hümmətov bildirib. 
 
Bəs Boks federasiyası haradan maliyyələşir sualına isə Hümmətov cavab vermək istəmədi. 
 
Ağır Atletika Federasiyasının mətbuat katibi Kənan Məstəliyev bildirib ki, onların federasiyasının gəlir mənbəyi sponsorlardan gələn ianələrdir, kiçik xərcləri isə Gənclər və İdman Nazirliyi ödəyir. 

"Nazir İnam Kərimovun federasiya prezidenti seçilməsi federasiya üzvləri tərəfindən müəyyənləşib. Seçki yığıncağı  qapalı keçirilib. İnam Kərimov tək namizəd olub.  Federasiya prezidneti maaş almır və  ictimai əsaslarla çalışır. Federasiya heyəti ilə ilk görüşü martın 5-də olub. Regionlara səfərlər edib. Bu proses bundan sonra da mütəmadi olaraq davam etdiriləcək",  - Məstəliyev bildirib.  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1997-ci ildən Milli Olimpiya Komitəsinin prezidenti seçilib və bu günə qədər həmin vəzifəni icra edir.


Gülnar Nazimqızı 



 
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bulvarıda dənizdə batan şəxs xilas edilib - Video
Cəmiyyət 23:29
Bulvarıda dənizdə batan şəxs xilas edilib - Video
Sabah bu ərazilərdə qaz kəsiləcək
Cəmiyyət 22:37
Sabah bu ərazilərdə qaz kəsiləcək
Biləsuvarda 4 otaqlı ev yanıb - Video
Cəmiyyət 21:13
Biləsuvarda 4 otaqlı ev yanıb - Video
Sabahın havası bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər
Cəmiyyət 17:25
Sabahın havası bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər
Xəzər dənizindən qanunsuz qum-çınqıl daşıyan şəxslər saxlanılıb
Cəmiyyət 17:00
Xəzər dənizindən qanunsuz qum-çınqıl daşıyan şəxslər saxlanılıb
Abşeronda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Cəmiyyət 15:30
Abşeronda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:37
Sabahın hava proqnozu açıqlanıb
Mingəçevirdə körpəsini zirzəmiyə atan qadın saxlanılıb
Cəmiyyət 12:30
Mingəçevirdə körpəsini zirzəmiyə atan qadın saxlanılıb
Biləsuvarda maşın kanala aşıb, 5 nəfər ölüb
Cəmiyyət 10:11
Biləsuvarda maşın kanala aşıb, 5 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol