• $ 1.7
  • € 1.8412
  • ₽ 1.8889
  • ₺ 0.0466
  • £ 2.1943

Unibankın ilk Rəqəmsal filialı fəaliyyətə başlayıb

Unibankın ilk Rəqəmsal filialı fəaliyyətə başlayıb
05.04.2022 16:00
Unibank məhsul və xidmətlərin rəqəmsallaşması yolunda daha bir addım atıb. Bank bütün xidmət və məhsullarını tamamilə rəqəmsal formada təqdim edən ilk rəqəmsal filialını müştərilərin ixtiyarına verib. "Azadlıq Prospekti” metrostansiyasının çıxışında, hər kəs üçün əlçatan filialda kredit rəsmiləşdirmək, debet kart əldə etmək və depozit hesabı açmaq mümkündür. Bütün bu proseslər isə nağdsız formada, kassa xidməti olmadan həyata keçiriləcək. Müştərilərə dərhal yerindəcə debet kart təqdim olunacaq, kredit kart balansında rəsmiləşdiriləcək, sürətli depozit hesabı açılacaq. 
 
"Rəqəmsal filial” "Unibank”ın ənənəvi filiallarından konseptinə və görünüşünə görə də fərqlənir. Tamamilə rəqəmsal konseptdə qurulan filial, müştərilərin rahatlığına uyğunlaşdırılıb. Rahat və səmimi xidmət forması, müştəri məmnuniyyətini daha da yüksəltməyə xidmət edir. 
 
Filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.Yeni konseptə uyğun olaraq, filialın qarşısında 24/7 müştərilərin xidmətində olan ATM və ödəmə terminalları quraşdırılıb. Qapalı kabinədə yerləşdirilən avadanlıqlar müştərilərə isti və soyuq havalarda mədaxil-məxaric əməliyyatlarından çox rahat şəkildə istifadə imkanı yaradır

Əgər növbədə gözləmədən, həm də çox rahat, səmimi bir ünvanda bank məhsul və  xidmətlərindən istifadə etmək istəyirsinizsə, Unibankın yeni "Rəqəmsal filial”ı sizin xidmətinizdədir!

Unibank gələcəkdə yeni filialların açılması zamanı da rəqəmsal konseptə üstünlük verəcək. Bank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook, twitter və instagram səhifələrindən (www.facebook.com/unibank.az,  https://twitter.com/unibank, https://www.instagram.com/unibank.az/) əldə etmək olar.

Unibank-Sənin Bankın!



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Startap" şəhadətnaməsi almış KOB-ların sayı açıqlanıb
İqtisadiyyat 15:48
"Startap" şəhadətnaməsi almış KOB-ların sayı açıqlanıb
Unibank bir günlük “Komissiyasız çərşənbə” aksiyası keçirir
İqtisadiyyat 14:48
Unibank bir günlük “Komissiyasız çərşənbə” aksiyası keçirir
ABB bizneslərin AMEX kartları ilə ödəniş imkanlarını genişləndirdi!
İqtisadiyyat 14:38
ABB bizneslərin AMEX kartları ilə ödəniş imkanlarını genişləndirdi!
Azərbaycana gələn turistlərin sayı açıqlanıb
İqtisadiyyat 14:33
Azərbaycana gələn turistlərin sayı açıqlanıb
Bank Respublika Qəbələ şəhərində yeni filialını açdı!
İqtisadiyyat 14:27
Bank Respublika Qəbələ şəhərində yeni filialını açdı!
Pirallahı Sənaye Parkında istehsal edilən məhsulun həcmi açıqlanıb
İqtisadiyyat 13:11
Pirallahı Sənaye Parkında istehsal edilən məhsulun həcmi açıqlanıb
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb
İqtisadiyyat 11:31
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb
Ölkədə sosial sığorta haqları üzrə daxilolmalar artıb
İqtisadiyyat 10:52
Ölkədə sosial sığorta haqları üzrə daxilolmalar artıb

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:44
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol