Paşinyandan Brüssel görüşü ilə bağlı AÇIQLAMA
Qarabağın statusu məsələsi Azərbaycanla gələcək danışıqların mövzusu olmalıdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Cümə axşamı hökumətin iclasında Paşinyan qeyd edib ki, ötən həftə o, Azərbaycanın təkliflərinin məqbul olması barədə danışıb.
"Deməliyəm ki, bu məsələlər gələcək danışıqların predmetinə çevrilməlidir", - Ermənistanın baş naziri bildirib.
O qeyd edib ki, Ermənistan tərəfi keçmişdə olduğu kimi, münaqişənin ATƏT-in Minsk qrupunun iştirakı ilə həllinə üstünlük verir və bu istiqamətdə işi davam etdirməyi təklif edir.
Aprelin 6-da Brüsseldə Avropa Şurasının prezidenti Çarlz Mişelin iştirakı ilə keçirilən üçtərəfli görüşdən sonra tərəflər aprelin sonunadək sərhədin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması barədə razılığa gəliblər.
Mişelin bəyanatında izah edilib ki, bu, sərhəd məsələlərini həll etmək və İrəvanla Bakı arasında sülh danışıqlarına başlamaq məqsədi daşıyan ikitərəfli komissiya - işçi qrupu yaradılacaq. Bəyanatın mətnində Qarabağ məsələsi qeyd olunmayıb.
Nikol Paşinyanın sözlərinə görə, görüşdə iki ölkənin xarici işlər nazirlərinə sülh danışıqları üzrə işə başlamaq tapşırığı verilməsi barədə razılıq əldə olunub.
Fehruz Rza
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər