SOCAR üç ölkədən avtomobil yanacağı idxal edir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) dayandırılması ilə bağlı xaricdən avtomobil iyanacağı idxal edir.
Aprelin 4-dən müəssisədə planlı profilaktika işləri ilə bağlı istehsalat sahələrinin bir qismi dayandırılıb. Bununla yanaşı, "Azərkimya” İB-də xammalı NEZ-dən alan sahələr də fəaliyyətini dayandırıb.
"Bütövlükdə idxal olunacaq 150 min ton "Aİ-92” var. Bunun əsas hissəsi artıq gətirilib. Benzin Rusiya, Rumıniya, Türkmənistan şirkətləri ilə müqavilələrə əsasən gətirilib. Əksər hissəsi də Rusiyadan alınıb”, - hökumətdəki mənbə bildirib. Onun sözlərinə görə, həmin müqavilələr hələ Ukraynadakı müharibə və Rusiyaya qarşı beynəlxalq sanksiyalar işə düşmədən bazar qiymətlərinə əsasən, xarici valyutada ödəniş şərti ilə imzalanıb.
1 fevral-1 iyun müddətində "Aİ-92” və "Aİ-95” markalı benzinin idxal rüsumları ləğv olunub, aksiz ödəmələri isə 200 manatdan 1 manatadək azaldılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər