• $ 1.7
  • € 1.8412
  • ₽ 1.8889
  • ₺ 0.0466
  • £ 2.1943

Bu il Azərbaycan iqtisadiyyatı 3,7% artacaq - Asiya İnkişaf Bankı

Bu il Azərbaycan iqtisadiyyatı 3,7% artacaq  - Asiya İnkişaf Bankı
08.04.2022 11:03
2022-ci ildə Azərbaycanda Ümümi Daxili Məhsul (ÜDM) istehsalının  3,7%  artacağı proqnozlaşdırır.  Bu barədə Asiya İnkişaf Bankının (AİB) bu həftə çap edilən Asian Development Outlook 2022 hesabatında bildirilir. 

2021-ci ilin sentyabrında AİB bu il Azərbaycanın ÜDM-nin 2,5% artacağını proqnozlaşdırmışdı.

Amma 2023-cü il üçün bankın proqnozları daha az ürəkacandır.  Belə ki, bankın mürtəxəssisləri hesab edir ki, 2023-cü ildə Azərbaycanda ÜDM-in artım tempi 2,8%-ə qədər azalacaq.

"Bizim hesablamalarımıza görə, sənaye istehsalının artımı 2022-ci ildə 2,5%, 2023-cü ildə 2,7% olacaq. Azərbaycanın Qarabağ bölgəsinin bərpasına ayrılan əhəmiyyətli investisiyalar hesabına tikinti sektorunun artımı 2022-ci ildə 2,7%, 2023-cü ildə 2,5% olacaq. 2022-ci ildə xidmət sektorunun artım tempi turizmin bərpası və pərakəndə ticarətin artması hesabına 5,2%, 2023-cü ildə isə 3% təşkil edəcək”, - bank vurğulayıb.

Azərbaycanın aqrobiznes sektorunda artım 2022-ci ildə 6%, 2023-cü ildə 5,5% olacaq.

AİB həmçinin hesab edir ki, Rusiya Federasiyası və Ukraynadan ərzaq məhsullarının idxalına qoyulan məhdudiyyətlər fonunda Azərbaycan hakimiyyəti tərəfindən kənd təsərrüfatı istehsalçılarına subsidiyalar və bu sahədə aktiv lizinq proqramı kənd təsərrüfatı istehsalının artımını təmin edəcək.

AİB 2022-ci ildə Qarabağda infrastruktur layihələrinin həyata keçirilməsi, yaşıl enerji istehsalının artırılması və özəl investisiyaların artması fonunda Azərbaycan iqtisadiyyatına qoylan sərmayələrin həcminin də 2% artacağını gözləyir. 2023-cü il üçün investisiya artım tempi 3,5% səviyyəsində proqnozlaşdırılır.

AİB-in proqnozlarına görə, 2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 2021-ci ildə qeydə alınan 6,7%-dən 7%-ə qədər artacaq, lakin 2023-cü ildə 5,7%-ə qədər azalacaqdır. 

"2022-ci ildə inflyasiyanın sürətlənməsinə Rusiya Federasiyası və Ukraynadan ərzaq məhsullarının idxalı ilə bağlı problemlər təsir edəcək. Bundan əlavə, dövlət tərəfindən sosial xərclərin artması, dövlət qulluqçularının maaşlarının  və minimum əmək haqqının artırılması da inflyasiyanı daha da yüksəldəcək”, icmalda vurğulanır.

AİB-in hesablamalarına görə, 2022-ci ildə Azərbaycanın tədiyə balansının profisiti ÜDM-in 20,2%-i (2021-ci ildə ÜDM-in 12,9%-i olub, -red), 2023-cü ildə isə ÜDM-in 16,9%-ni təşkil edəcək.

Bank hesab edir ki, 2022-ci ildə Azərbaycanın xarici ticarət profisiti ixracın 14% artması fonunda 48,5% artacaq. 

Eyni zamanda, AİB analitiklərinin fikrincə, bir sıra mallar üzrə aksiz dərəcələrinin artırılması, habelə Rusiya Federasiyası və Ukraynadan idxalla bağlı problemlər 2022-ci ildə Azərbaycana mal idxalının 10,3% azalmasına səbəb olacaq. 

AİB-in proqnozlarına görə, neftin qiymətinin artması, həmçinin Dövlət Neft Fondundan Azərbaycanın dövlət büdcəsinə transfertlərin azalması Azərbaycanın valyuta ehtiyatlarının 2024-cü ilədək 54,3 milyard dollara qədər artmasına səbəb olacaq.

2022-ci il üçün Azərbaycan hökuməti ÜDM artımını 3,9%, orta illik inflyasiyanı isə 4% səviyyəsində proqnozlaşdırır. 2021-ci ildə Azərbaycanda ÜDM artımı 5,6%, orta illik inflyasiya isə 6,7% təşkil edib.

Asiya İnkişaf Bankı həmçinin 2022-ci ilin birinci yarısında Azərbaycan Mərkəzi Bankı tərəfindən pul siyasətinin daha da sərtləşdirilməsini proqnozlaşdırır.

"2022-ci ilin ortalarına qədər inflyasiya təzyiqinin artması fonunda Azərbaycan Mərkəzi Bankı böyük ehtimalla uçot dərəcəsini saxlayacaq və ya artıracaq. Əgər inflyasiya 2-6% dəhlizində olarsa, o zaman AMB pul siyasətinin yumşaldılmasına gedə bilər”, –  AİB hesabatında vurğulanıb.

AİB mütəxəssislərinin hesablamalarına görə, neftin qiymətinin artması Azərbaycanın milli valyutasını sabit saxlamağa imkan verəcək. 

Eyni zamanda, AİB hesab edir ki, Azərbaycan Mərkəzi Bankı notlar buraxmaqla yerli valyutada likvidliyin sterilizasiyası siyasətini davam etdirəcək, həmçinin dövriyyədə olan xarici valyutanın həcminə nəzarət edəcəkdir.

2021-ci ilin sentyabrından  Azərbaycan Mərkəzi Bankı tərəfindən  pul siyasətinin sərtləşdirilməsi və uçot dərəcəsinin artırılması siyasəti həyata keçirilir.  

Belə ki, 2021-ci ilin sentyabrından 2022-ci ilin martına qədər Mərkəzi Bank uçot dərəcəsini artırmaq  barədə dalbadal 5 qərar qəbul edib. Nəticədə  ucit dərəcəsi  6,25%-dən 7,75%-ə kimi yüksəlib. 

Eyni zamanda uçot dərəcəsinə həsr olunmuş sonuncu iclasına dair press relizdə Mərkəzi Bank geosiyasi qeyri-sabitlik fonunda inflyasiyanın proqnozlaşdırılmasında çətinliklərlə üzləşdiyini qeyd edib. 

2022-ci il fevralın sonunda Azərbaycanda orta illik inflyasiya 2021-ci ilin sonundakı 6,7 faizə qarşı 12,2 faiz təşkil edib.

N.Təbrizli
 
İSTİQAMƏT:5.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və
digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;
QEYD:Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Startap" şəhadətnaməsi almış KOB-ların sayı açıqlanıb
İqtisadiyyat 15:48
"Startap" şəhadətnaməsi almış KOB-ların sayı açıqlanıb
Unibank bir günlük “Komissiyasız çərşənbə” aksiyası keçirir
İqtisadiyyat 14:48
Unibank bir günlük “Komissiyasız çərşənbə” aksiyası keçirir
ABB bizneslərin AMEX kartları ilə ödəniş imkanlarını genişləndirdi!
İqtisadiyyat 14:38
ABB bizneslərin AMEX kartları ilə ödəniş imkanlarını genişləndirdi!
Azərbaycana gələn turistlərin sayı açıqlanıb
İqtisadiyyat 14:33
Azərbaycana gələn turistlərin sayı açıqlanıb
Bank Respublika Qəbələ şəhərində yeni filialını açdı!
İqtisadiyyat 14:27
Bank Respublika Qəbələ şəhərində yeni filialını açdı!
Pirallahı Sənaye Parkında istehsal edilən məhsulun həcmi açıqlanıb
İqtisadiyyat 13:11
Pirallahı Sənaye Parkında istehsal edilən məhsulun həcmi açıqlanıb
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb
İqtisadiyyat 11:31
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb
Ölkədə sosial sığorta haqları üzrə daxilolmalar artıb
İqtisadiyyat 10:52
Ölkədə sosial sığorta haqları üzrə daxilolmalar artıb

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:44
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol