Bank Respublika və SOS Uşaq Kəndləri əməkdaşlıq haqqında memorandum bağlayıb

Ölkəmizdə
korporativ sosial məsuliyyət yönümlü bir çox layihələrin təşəbbüskarı və dəstəkçisi
olan Bank Respublika və "SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyası arasında əməkdaşlığa
dair Anlaşma Memorandumu imzalanıb.
Sənədi
"Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov və "SOS Uşaq Kəndləri
Azərbaycan” Assosiasiyasının Milli Direktoru Zakir Soltanov imzalayıb.
Anlaşma
çərçivəsində Bank Respublika, SOS Uşaq Kəndləri və ABŞ-nin Çikaqo Universieti
daha öncə internat müəssislərinə qoyulan uşaqların yenidən internat müəssisələrinə
qayıtmalarını qarşısını almaq məqsədilə birgə layihə həyata keçirəcək. Layihə çərçivəsində,
müəyyən meyarlar əsasında aztəminatlı ailələrdən seçilmiş 7-12 yaş arası 200
uşağın adına "Bank Respublika”da start kapitalı yatırılaraq xüsusi "Sosial
Yığım” əmanət hesabları açılacaq. Daha sonra valideynlər tərəfindən həmin
hesaba hər ay əlavə ediləcək məbləğ, təşkilatçılar tərəfindən 2 dəfə
artırılacaq. Bununla da uşaqların hesablarında sosial kapitalın yığılması təmin
olunacaq.
Layihəyə
əsasən, hesab açım mərhələsində valideynlərlə birlikdə, adlarına hesab açılacaq
uşaqlar da iştirak edəcək. Beləliklə, uşaqlar adlarına açılmış hesabın, onların
gələcəyinə hədəfləndiyini biləcəklər. Bundan başqa, bankın əməkdaşları
valideynlərlə görüşlər keçirərək sosial yığım haqda maarfiləndirici təlimlər təşkil
edəcək. Qeyd edək ki, layihə 3 il ərzində Bakı, Sumqayıt və Gəncə şəhərlərində
həyata keçiriləcək.
"Bank Respublika ölkəmizdə uşaq və gənclərin təhsili, bacarıqlarının artırılması və sosial rifahın yaxşılaşdırılmasına yönəlmiş bir çox layihəni uğurla həyata keçirib. Biz çox şadıq ki, "SOS Uşaq Kəndləri-Azərbaycan” ilə olan birgə layihəmiz çərçivəsində aztəminatlı ailələrdə yaşayan 200-ə yaxın uşağın internat müəssisələrinə verilməsinin qarşısının alınmasında öz töhfəmizi verə biləcəyik" - deyə "Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər