• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

2022-ci ilin martında bahalaşan ərzaqların adı açıqlandı

2022-ci ilin martında bahalaşan ərzaqların adı açıqlandı
08.04.2022 13:44
2022-ci ilin martında  bütün dünyada ərzaq məhsullarının qiymətləri əhəmiyyətli dərəcədə artaraq indiyədək görünməmiş gəddə çatıb. Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının  (FAO) hesabatında bildirilib. 

"Qlobal ərzaq qiymətləri martda əhəmiyyətli dərəcədə artaraq rekord səviyyəyə çatıb",  - təşkilatın hesabatında yazılıb. 

Sənəddə vurğulanır ki, ən çox yayılmış qida məhsullarının dünya üzrə qiymətlərində ciddi dəyişikliklər izlənir. Belə ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının izlədiyi ərzaq məhsullarının qiyməti martda fevrala nisbətən  12,6 faiz bənd artaraq 159,3-ə çatıb.  1990-cı ildə bu indeksin tətbiqindən bəri bu  ən yüksək göstəricidir. 

Eyni zamanda, FAO-nun Taxıl Qiymətləri İndeksi martda fevralla müqayisədə 17,1 faiz bəndi artıb. Məlumata görə, bu, "buğdanın və başqa taxıl növlərinin qiymətində müşahidə olunan artımla bağlıdır”. O cümlədən, buğdanın dünya qiymətləri ay ərzində 19,7 faiz bənd bahalaşıb. Qarğıdalı və arpanın qiymətləri də rekord həddə qalxıb.

FAO-nun bitki yağı qiymətləri indeksi də öz növbəsində 23,2 faiz bəndi artıb. 

Şəkərinin qiyməti cari ilin martında fevralla müqayisədə 6,7 bənd, 2021-ci ilin martına nisbətən isə  20 faiz bəndndən çox artıb.

Ətin də qiyməti bahalaşıb.  Məsələn, martda ətin qiymət indeksi 4,8 faiz bəndi artaraq rekord həddə çatıb. Fevraldan bu yana süd məhsullarının qiymət indeksi 2,6 faiz bənd, il ərzində isə 23,6 faiz bənd artıb.
 
İqtisadçı Natiq Cəfərli qlobal ərzaq bazarında yaşanan qiymət artımının Azərbaycana da təsir edəcəyini bildirir. Onun fikrincə, Azərbaycan ərzaqa olan tələbatının 50%-ni öz daxili imkanları hesabına ödəyir. 
 
"Azərbaycanın xüsusillə günəbaxan yağına olan tələbatının 58%-i Ukrayna və Rusiyanın payına düşür. Həta yerli istehsalçıların brendləri altında satılan yağla belə yerli istehsal deyil . Sadəcə bu ölkələrdən gətirilərək Azərbaycanda qablaşdırılır",  -  Cəfərli bildirib. 
 
Onun sözlərinə görə, Rusiyanın öz bazarını müdafiə etmək üçün  sentyabra kimi taxıl ixracına qadağa qoyması  Azərbaycanda taxıl qıtlığı da yarada bilər. "Düzdür Azərbaycan artıq  taxıl idxalı ilə bağlı Qazaxıstan və Hindistanla danışıqlar aparır. Amma  bu danışıqlar nəticə verməsə bazarda bu məhsulların həm qıtlığı yaşana bilər, həm də qiyməti bahalaşar",  -  Cəfərli bildirib. 
 
2021-ci ildə Azərbaycan 1,140 milyon ton taxıl idxal edib ki, bunun da 907.000 tonu Rusiyanın payına düşüb. 
 
Ərzaq məhsullarının qiymətinin artımının qarşısını almaq üçün Azərbaycan hökuməti nə kimi addımlar atmalıdır? sualına cavabında isə iqtisadçı bildirdi ki, birinci növbədə  idxal edilən ərzaq məhsulları gömrük rüsumu və vergilərdən azad edilməlidir. Uzaq və orta perspektivdə isə, kənd təsərrüfatı məhsullarının yerli istehsalı artırılmalı,  iqtisadiyyatın bu sektoruna daha çox sərmayə qoyulmalıdır. 

N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Maliyyə Nazirliyində yeni təyinat
İqtisadiyyat 17:44
Maliyyə Nazirliyində yeni təyinat
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
İqtisadiyyat 17:11
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
İqtisadiyyat 13:05
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
İqtisadiyyat 12:59
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
Ölkədə qeyri-neft-qaz ixracı artıb
İqtisadiyyat 12:54
Ölkədə qeyri-neft-qaz ixracı artıb
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
İqtisadiyyat 12:47
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:19
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Bitkoinin qiyməti 90 min dolları keçib
İqtisadiyyat 23:56
Bitkoinin qiyməti 90 min dolları keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol