• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

STAR neft emalı zavodunun gəlirləri 2021-ci ildə 44% artıb - SOCAR

STAR neft emalı zavodunun gəlirləri 2021-ci ildə 44% artıb - SOCAR
08.04.2022 14:02
"SOCAR Turkye Enerji”nin tərkibinə daxil olan STAR neft emalı zavodunun gəlirləri 2021-ci ildə 6,14 milyard dollar təşkil edib.

"STAR neft emalı zavodunun gəlirləri ildən-ilə artır və 2021-ci ilin sonunda 6,14 milyard dollar təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 44% çoxdur”, - SOCAR-ın rəsmi sosial media hesabında dərc olunan məlumatda deyilir.

Şirkətin məlumatına görə, gəlirin 64%-i  istehsal etdiyi məhsulların Türkiyənin daxili bazarında, 36%-i isə - dünya bazarında  satışından əldə olunub.

"Zavodun məhsulları əsasən  Yunanıstan, Livan, İtaliya, Belçika və Hollandiyaya satılır. Türkiyənin dizel yanacağı üzrə  daxili bazarında STAR neft emalı zavodunun payı 17,5%, təyyarə yanacağı üzrə - 12,6%, maye qaz (LPG) üzrə - 5,1% təşkil edir", - SOCAR bildirir. 

STAR neft emalı zavodu 2018-ci il oktyabrın 19-da istifadəyə verilib . Bu zavodun özəlliyi ondan ibarətdir ki, burada müxtəlif ölkələrin neftləri emal edilə bilər. Zavod Azeri Light, Kerkük və Urals kimi neft növlərinin emalı üçün nəzərdə tutulub.
 
Zavod ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton çox aşağı kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen, 480 min ton reformat istehsal etmək gücünə malikdir. 

Layihəyə görə, zavodun gücü ildə 11 milyon ton neft emal etməyə imkan verir.  Zavodun fəaliyyəti Petkim neft-kimya kompleksini xammalla təmin etməyə və SOCAR-ın öz dizel yanacağı və təyyarə yanacağı, eləcə də kimya sənayesi üçün xammalla Aralıq dənizi bazarına çıxmasına şərait yaratmağa imkan verib. 

SOCAR STAR neft emalı zavodu şirkətə 6,3 milyard dollar sərmayə hesabına başa gəlib. 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Maliyyə Nazirliyində yeni təyinat
İqtisadiyyat 17:44
Maliyyə Nazirliyində yeni təyinat
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
İqtisadiyyat 17:11
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
İqtisadiyyat 13:05
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
İqtisadiyyat 12:59
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
Ölkədə qeyri-neft-qaz ixracı artıb
İqtisadiyyat 12:54
Ölkədə qeyri-neft-qaz ixracı artıb
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
İqtisadiyyat 12:47
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:19
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Bitkoinin qiyməti 90 min dolları keçib
İqtisadiyyat 23:56
Bitkoinin qiyməti 90 min dolları keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol