Slovakiya Ukraynaya S-300 raket sistemi verib
Slovakiya Ukraynaya S-300 raket sistemi verib. Bu məlumatı ölkənin baş naziri Eduard Heqer də təsdiqləyib.
Onun sözlərinə görə, Rusiya təcavüzü ilə mübarizədə Ukraynaya kömək etmək Slovakiyanın borcudur.
Slovakiya raket sistemini hələ martın ortalarında Ukraynaya verməyə hazır idi. Lakin sonra Slovakiya hakimiyyəti S-200 raket sistemini onun Qərb istehsalı olan adekvat modelinə dəyişmək istədiyini bildirib. Amma bu raket sisteminin Ukraynaya daxil olub-olmadığını Heqer dəqiqləşdirməyib.
S-300 uzun radiuslu zenit raket sistemidir. Onun seriyalı istehsalına 1975-ci ildən başlanılıb. 1978-ci ildən sistemin sınağı başa çatır. 1979-cu ildən isə ilk S-300 istismara verilib.
S-300 zenit raket sistemi (ZRS) radiolokatorlu axtarış sisteminə malik idarəetmə mərkəzindən, 6 zenit-raket kompleksindən (ZRK) ibarətdir. 6 ZRK-dan hər biri adətən onun yerləşdiyi hərbi hissənin tabeliyində olur. İdarəetmə mərkəzi hədəflərin ZRK-lar arasında avtomatik bölüşdürülməsinə xidmət edir və öz raketləri olmur.
Bu raket sistemləri ABŞ və NATO təsnifatına görə SA-10 Grumble, SA-12 Giant/Gladiator, SA-20 uyğun gəlir.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər