Qırmızı meşədə səngər qazan rus əsgərlərini radiasiya xəstəliyi gözləyir - "Enerqoatom"
"Enerqoatom” şirkətinin rəhbəri Pyotr Kotin mütəxəssislərlə birlikdə Rusiya hərbçilərinin səngərr qazdığı və istehkamlar qurmağa çalışdığı təcrid zonasının Qırmızı meşə hissəsində radiasiyanın səviyyəsini ölçüb.
Ölçmə yerlərində qamma fon saatda 3,2 - 4 mikrozivert təşkil edib ki, bu da normadan 10-15 dəfə yüksəkdir.
"Ölçmə yerlərində insanın torpaq səthindən qəbul edə biləcəyi beta çirklənmənin səviyyəsi90 Sr olub ki, bu da normadan 160 dəfə çoxdur”, - deyə şirkətdən bildirilib.
"Energoatom” həmçinin bildirib ki, meşənin bu sahəsində 40-80 sm dərinlikdə nüvə yanacağının fraqmentləri və şüalanmış qrafit basdırılıb. Onlar alfa şüalanma mənbəyi ola bilər və insan bədəninə daxil olduqda, belə fraqmentlər qamma və beta şüalarının təsirindən on dəfə daha təhlükəlidir. Rus hərbçilərinin qazdığı səngərlər isə 40-80 sm-dən daha dərindir.
"Bir aydan artıqdır ki, Qırmızı meşədə olan bütün Rusiya hərbçilərini müxtəlif şiddət dərəcəsi ola biləcək radiasiya xəstəliyi gözləyir", - "Energoatom" mütəxəssisləri əminliklə bildirir.
Rusiya hərbçiləri Çernobıl Atom Elektrik Stansiyasını işğalın ilk günü, yəni fevralın 24-də ələ keçirib. Martın 30-da Rusiya Müdafiə Nazirliyi qoşunların "planlı yenidən qruplaşdırılması”nı elan edib, aprelin 1-də isə "Enerqoatom" Rusiya hərbçilərinin AES-i tərk etdiyini bildirib.
Çernobıl Atom Elektrik Stansiyasının birbaşa arxasındakı ərazi Qırmızı Meşə adlanır, bu, planetin ən çirklənmiş ərazilərindən biridir.
Məhz bu ərazi 1986-cı ildə baş verən partlayış zamanı əsas radiasiya axınına məruz qalıb. Burada ağaclar, xüsusilə də şam ağacları dərhal məhv olub və onların iynə formasında olan yarpaqları qırmızı rəngə boyanıb.
Ukrayna pilotsuz təyyarələri ilə çəkilən fotolardan göründüyü kimi, rus əsgərləri orada səngərlər qazıb, hətta bir müddət bu meşədə yaşayıblar. Görünür onlar radiaktiv təhlükədən xəbərsiz olub.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox