• $
  • €
  • ₽
  • ₺
  • £

Bayramov və Ço Hyon ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Bayramov və Ço Hyon ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
29.04.2026 13:42

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Koreya Respublikasının xarici işlər naziri Cho Hyun arasında telefon danışığı aparılıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər Azərbaycan ilə Koreya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivlərini, həmçinin regional əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Danışıq zamanı Azərbaycanda həyata keçirilən layihələrdə Koreya şirkətlərinin iştirakının əhəmiyyəti vurğulanıb, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar qeyd olunub.

Həmçinin Azərbaycan və Koreya hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın münasibətlərin inkişafında mühüm rolu diqqətə çatdırılıb.

Nazirlər Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmə mexanizminin və qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər regional platformalar çərçivəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirib, müxtəlif sahələr üzrə qarşılıqlı fəaliyyətin genişləndirilməsini müzakirə ediblər.

Eyni zamanda, Koreya tərəfi Azərbaycanın UNESCAP çərçivəsində sədrliyini məmnunluqla qarşılayıb.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol