• $
  • £

Elşad Şərifov qızıl medal qazandı

Elşad Şərifov qızıl medal qazandı
10.04.2022 22:30
Kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatının ikinci gününün yarışları davam edir.

Federasiyadan  bildirilib ki, kişilər arasında çəkisi 81 kiloqrama qədər olan idmançılar arasında qalib müəyyən edilib.

Belə ki, toplam 297 kiloqram (131+166) çəkinin öhdəsindən gələn Elşad Şərifov qızıl medala sahib çıxıb. Kənan Əliquliyev 295 kiloqram (135+160) nəticə ilə ikinci yeri tutub. Üçüncü pillədə isə 267 kiloqram (120+147) nəticə Füqan Əliyev qərarlaşıb.

Fəxri kürsüdə yer alan idmançılara medal və diplomları Milli Məclisin deputatları Kamal Cəfərov, Müşfiq Cəfərov və Rauf Əliyev təqdim ediblər.

Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında birgə təşkil etdiyi çempionatda, ümumilikdə ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayır.

Çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən atletlərin seçilməsi, kişilərdən və qadınlardan ibarət milli komandaların tərkibinin müəyyənləşdirilməsi və onların qarşıdakı beynəlxalq yarışlara hazırlığının təmin edilməsidir

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol