Azərbaycan iqtisadiyyatı 2,7 % artacaq - DÜNYA BANKI

Dünya Bankı hesablamalarına görə, 2022-ci ildə Azərbaycan iqtisadiyyatı 2,7% artacaq. Bu barədə Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionu üzrə yenilənmiş iqtisadi icmalında bildirilir.
Dünya Bankının mütəxəssisləri hesab edir ki, 2023-cü ildə Azərbaycan iqtisadiyyatının artım tempi 2,2%-ə qədər azalacaq, 2024-cü ildə isə 2,3%-ə qədər sürətlənəcək.
Hesablamalara görə, 2022-ci ildə mal və xidmətlərin ixracı 2,7%, 2023-cü ildə 1,7%, 2024-cü ildə 1,8%, idxal 2022-ci ildə 2,6%, 2023 və 2024-cü illərdə 2,7% artacaq.
İstehlak qiymətləri indeksi üzrə proqnoz isə 2022-ci ildə 9%, 2023-cü ildə 6,6%, 2024-cü ildə isə 6% təşkil edir.
2022-ci il üçün Azərbaycan hökuməti Ümümi daxili məhsul (ÜDM) artımını 3,9%, orta illik inflyasiyanı isə 4% səviyyəsində proqnozlaşdırır.
2021-ci ildə Azərbaycanda ÜDM 5,6% artıb, orta illik inflyasiya isə 6,7% təşkil edib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 