• $ 1.7
  • € 1.9753
  • ₽ 0.021795
  • ₺ 0.0422
  • £ 2.2774

TAP ötürmə qabiliyyəti 12 milyard kubmetrə qədər artırıla bilər

TAP ötürmə qabiliyyəti 12 milyard kubmetrə qədər artırıla bilər
11.04.2022 17:43
Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürmə qabiliyyətini yeni boru tikTAP mədən ildə 12 milyard  kubmetrə qədər artırmaq olar, - TAP AG boru kəməri şirkətinin icraçı  direktoru Luka Şieppati bildirib.

"Son üç gün ərzində TAP maksimum gücü ilə işləyir, sutkada 33 milyon kubmetr qaz nəql edir (martda bu göstərici gündəlik 28 milyon kubmetr idi). İllik ifadədə bu, orta hesabla 12 milyard kubmetrə bərabərdir ki, bunun da 10,5 milyard kubmetri İtaliyaya ixrac olunur. TAP vasitəsilə qaz nəqlinin həcmini artırmaq üçün başqa borudan istifadəyə ehtiyac yoxdur, Yunanıstan və Albaniyada kompressor stansiyası qurmaq yetərlidir”, - Şippati Sky TG24 telekanalında çıxışı zamanı bildirib.

O, həmçinin qeyd edib ki, uzunmüddətli hədəf kəmərin ötürmə qabiliyyətini iki dəfə artırmaqdır. "Bu baxımdan, Avropa Komissiyasının və İtaliya hökumətinin dəstəyi vacibdir", -  Şippati deyib.

"TAP kimi qaz kəmərləri indi enerji təhlükəsizliyinin artırılmasına xidmət edir və qazla qarışmış hidrogeni eyni infrastruktur üzərindən nəql etmək qabiliyyətinə görə gələcəkdə də xidmət göstərməyə davam edəcək”, - o əlavə edib.

 Beynəlxalq Enerji Agentliyi (BEA) 2022-ci ildə Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan Avropaya qaz ixracının 10 milyard kubmetrə çatacağını proqnozlaşdırır.

Bundan əvvəl TAP AG boru kəməri şirkəti məlumat verib ki, 2020-ci il dekabrın 31-dən 2021-ci il dekabrın 31-dək TAP vasitəsilə Avropaya ixrac edilən Azərbaycan qazının həcmi 8,1 milyard kubmetr təşkil edib. Bu həcmin 6,8 milyard kubmetrdən çoxu İtaliyaya, təxminən 1,2 milyard kubmetri isə Yunanıstan və Bolqarıstana verilib.

Azərbaycan qazının TAP qaz kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara ixracı 2020-ci il dekabrın 31-dən başlayıb.

TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçir. TAP  Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulub. 

Qaz kəməri "Şahdəniz" yatağından hasil edilən 10 milyard kubmetr qazn qazın  Yunanıstan və Albaniya ərazisindən keçərək Qərbi Avropaya nəqlini nəzərdə tutur.  Qaz kəmərinin lahihəsi onun ötürmə qabiliyyətini  ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.

Layihənin ortaq sahibləri -  SOCAR (20%), BP (20%), Snam (20%), Fluxys (19%), Enagas (16%) və Axpo (5%) şirkətləridir.  Layihənin dəyəri 4,5 milyard avrodur.
 
AP-ın təməlqoyma mərasimi 2016-cı il mayın 17-də Yunanıstanda keçirilib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ADA xaricdə təhsil proqramının davamıdır - Hafiz Paşayev
İqtisadiyyat 16:00
ADA xaricdə təhsil proqramının davamıdır - Hafiz Paşayev
Ermənistan Zəngəzur dəhlizinin idarəsini ABŞ şirkətinə həvalə edir
İqtisadiyyat 15:27
Ermənistan Zəngəzur dəhlizinin idarəsini ABŞ şirkətinə həvalə edir
Gürcüstanda uranı $3 milyon satmaq istəyən iki nəfər saxlanılıb
İqtisadiyyat 14:48
Gürcüstanda uranı $3 milyon satmaq istəyən iki nəfər saxlanılıb
Səhiyyə Nazirliyi Pfizer nümayəndələri ilə görüşü
İqtisadiyyat 14:27
Səhiyyə Nazirliyi Pfizer nümayəndələri ilə görüşü
Ağıllı qaz şəbəkəsi üzrə 480 milyon dollarlıq saziş imzalanıb
İqtisadiyyat 13:29
Ağıllı qaz şəbəkəsi üzrə 480 milyon dollarlıq saziş imzalanıb
Azərbaycan çay ixracını azaldıb - Statistika
İqtisadiyyat 12:50
Azərbaycan çay ixracını azaldıb - Statistika
Əmtəə bazarlarında qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 12:31
Əmtəə bazarlarında qızılın qiyməti ucuzlaşıb

Yelo Bank-dan sahibkarlar üçün sərfəli tarif paketləri
İqtisadiyyat 12:17
Yelo Bank-dan sahibkarlar üçün sərfəli tarif paketləri
İlin birinci yarısındaəczaçılıq məhsullarının idxalı 259 milyon dolları ötüb
İqtisadiyyat 10:49
İlin birinci yarısındaəczaçılıq məhsullarının idxalı 259 milyon dolları ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol