• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

“Azercell Telekom” MMC “TEKNOFEST Azərbaycan” festivalının baş sponsoru oldu

“Azercell Telekom” MMC “TEKNOFEST Azərbaycan” festivalının baş sponsoru oldu
12.04.2022 14:41
"Azercell Telekom” MMC "TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının baş sponsoru oldu.
 
Daima qabaqcıl texnoloji trendləri və innovasiyaları dəstəkləyən "Azercell”in baş sponsorluq etməsi ilə yanaşı, festival çərçivəsində innovativ məhsulları da sərgilənəcək.
 
Məlumat üçün bildiririk ki, Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə bu ilin 26-29 may tarixlərində Bakıda ilk dəfə olaraq "TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçiriləcək. "Azercell” sözügedən festivalda baş sponsor qismində iştirak etməklə qeyri-neft sektorunun və bütövlükdə Azərbaycan iqtisadiyyatının inkişafına dəstəyini davam etdirməkdədir.

 "TEKNOFEST Azərbaycan” çərçivəsində 8 kateqoriya üzrə texnologiya müsabiqələri, "Smart Qarabağ” Hakatonu, "Take Off Baku” Startap Sammiti və "Rocket League” kiber idman üzrə Avropa Çempionatı təşkil olunacaq.

Tədbirin sərgi hissəsində tərəfdaş qurumların məhsul və həllərinin, eləcə də gənc texnoloqların hazırladıqları prototiplər və STEM layihələrin nümayişi, açıq səma altında statik ərazidə isə pilotsuz uçuş aparatları və vertolyotların sərgilənməsi nəzərdə tutulur.

Festivalın əyləncə proqramına Azərbaycan Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyənin "Türk Ulduzları” və "Solo Türk” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları, böyük səhnədə incəsənət xadimlərinin çıxışları, şaquli külək tuneli, su attraksionları, uçuş simulyatorları, robotlar və s. daxildir.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Maliyyə Nazirliyində yeni təyinat
İqtisadiyyat 17:44
Maliyyə Nazirliyində yeni təyinat
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
İqtisadiyyat 17:11
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
İqtisadiyyat 13:05
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
İqtisadiyyat 12:59
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
Ölkədə qeyri-neft-qaz ixracı artıb
İqtisadiyyat 12:54
Ölkədə qeyri-neft-qaz ixracı artıb
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
İqtisadiyyat 12:47
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:19
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Bitkoinin qiyməti 90 min dolları keçib
İqtisadiyyat 23:56
Bitkoinin qiyməti 90 min dolları keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol