• $
  • £

Rusiya-Ukrayna müharibəsinin 50-ci günü nə ilə yadda qaldı? - İCMAL

Rusiya-Ukrayna müharibəsinin 50-ci günü nə ilə yadda qaldı? - İCMAL
15.04.2022 07:55
Rusiya-Ukrayna müharibəsinin  50-ci günü Rusiya donanmasının flaqmanı hesab edilən "Moskva" kreyserinin məhv edilməsi ilə yadda qaldı. Kreyser ötən gecə qəza siqnalları göndərməyə başlayıb, lakin Rusiya mediası bu barədə geniş ictimaiyyətə yalnız bu gün məlumat verib.

Rusiya tərəfin versiyasına görə, gəminin  göyərtəsində olan hərbi sursatlarının biri partlayıb və yanğın baş verib.

Amma Ukrayna tərəfi bildirir ki, iyi kimi, bu, Rusiya kreyseri Ukraynanın "Neptun" gəmi əleyhinə qanadlı raketlərinin açdığı atəş nəticəsində baş verib.

Aprelin 14-də  axşam Rusiya Müdafiə Nazirliyi kreyserin "fırtına şəraitində" yedəklənməsi zamanı dayanıqlığını itirdiyini və batdığını bildirib.

Ukrayna və bəzi Qərb mənbələri daha əvvəl gəminin batması barədə məlumat vermişdilər. Kreyserin ekipajı yaxınlıqdakı digər gəmilərə təxliyə edilib.

ABŞ Hərbi Dəniz Qüvvələri Kollecinin Rusiya Dəniz Potensialının Öyrənilməsi İnstitutunun direktoru, professor Maykl Petersenin sözlərinə görə, "Moskva” kreyserinə hücum Ukrayna üçün mühüm simvolik və hərbi əhəmiyyət kəsb edir.

Kreyserlə insidentin hərbi əhəmiyyəti, onun fikrincə, indi Rusiya donanmasının gəmiləri təhlükəni hiss etdikləri üçün Ukrayna sahillərindən daha uzaq məsafədə  üzməyə çalışacaq. 

Hərbi əməliyyatlar harada aparılır?
 


Aprelin 14-də ən aktiv döyüşlər Ukraynanın üç regionunda - Donetsk, Luqansk və Xersonda aparılıb.  Bu barədə "Ukrainska Pravda” nəşri Ukrayna vilayətlərinin administrasiyalarının rəhbərlərinə istinadən məlumat yayıb.

Xarkov regional mərkəzi və İzyum ərazisində də döyüşlər davam edir. Xarkovun özü daim atəşə tutulur. Son məlumatlara görə, ötən gecə orada 4 nəfər ölüb, 10 nəfər yaralanıb.

"Mariupolda dəyişiklik yoxdur. Şəhər blokadadadır, təyyarələrdən və artilleriyadan atəşə tutulub. Ruslar dinc əhalini şəhərdən buraxmırlar", - "Ukrayinska Pravda" yazır.

BMT Ukraynanın şərqində genişmiqyaslı humanitar fəlakət barədə xəbərdarlıq edib. Təşkilatın məlumatına görə, bu gün aktiv hərbi əməliyyatlar nəticəsində şərq rayonlarının 1,4 milyona yaxın sakini artıq mərkəzləşdirilmiş su sistemi ilə  verilən  sudan məhrum olub və yaxın gələcəkdə daha 4,5 milyon insan susuz qala bilər. 

Rusiya tərəfi Mariupoldakı Ukrayna dəniz piyadalarının və hərbçilərinin təslim olduğunu iddia etməkdə davam edir. Cümə axşamı gecəsi Rusiya Müdafiə Nazirliyi 134 nəfərin təslim olduğunu açıqlayıb. Bir gün əvvəl departament 1300-dən çox ukraynalının könüllü olaraq silahı yerə qoyduğunu bildirib. Kiyev bu məlumatı təkzib edir. 

Aprelin 14-ü səhər Rusiya Müdafiə Nazirliyi həmçinin Ukraynanın 770 hərbi obyektinin, o cümlədən S-300 zenit-raket kompleksinin məhv edildiyi  barədə məlumat verib.

Bundan əlavə, FSB Ukraynanı cümə axşamı günortadan sonra Novıye Yurkoviçi sərhəd-keçid məntəqəsini və Bryansk vilayətindəki Klimovo qəsəbəsini atəşə tutmaqda ittiham edib.

Qubernator Aleksandr Boqomazın sözlərinə görə, Klimovo Rusiya-Ukrayna sərhədindən təxminən 20 km aralıda yerləşir. Rusiya tərəfinin məlumatına görə, itki yoxdur, iki avtomobilə ziyan dəyib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib ki, Rusiya "belə təxribatlara” Kiyevdə yerləşən  "qərar qəbul edilənn mərkəzlərə” (ölkə adminstrasiyasının yerləşdiyi binalara , - red) zərbələr endirməklə cavab verə bilər.

Ukrayna isə Rusiya və  sərhədyanı ərazilərə zərbələr endirdiyini inkar edir.

Evakuasiya davam edir

Bu arada Ukrayna əhalisinin evakuasiyası davam edir. 

BMT-nin məlumatına görə, son 24 saat ərzində 40 mindən çox insan Ukraynanı tərk edib. Ümumilikdə, Rusiya işğalının əvvəlindən bəri 4,5 milyondan çox ukraynalı qaçqına çevrilib və ya məcburi köçkün olub.,

On minlərlə insan hələ də aktiv döyüş əməliyyatları aparılan ərazilərdə qalır. Ukrayna baş nazirinin müavini İrina Vereşçukun sözlərinə görə, Rusiya tərəfinin atəşkəs rejiminə əməl etməməsi səbəbindən bir gün əvvəl  bir sıra regionlarda açıla bilməyən humanitar dəhlizlər fəaliyyətini bərpa edəcək.

Hazırda Luqansk, Donetsk və Çerniqov vilayətlərinin sakinləri təcili təxliyyə gözləyirlər.

ABŞ Ukraynaya ən son silahları verəcək

Qərb tərəfdaşları Ukraynaya hərbi yardım göstərməkdə davam edir. Ötən gecə ABŞ 11 Mİ-17 vertolyotu, haubitsa, artilleriya əleyhinə radarlar və uzaqdan idarə olunan sahil mühafizə gəmisi daxil  daha 800 milyon dollarlıq silah paketinin Ukraynaya verilməsi barədə sənədi  təsdiqləyib.

Pentaqonun sözçüsü Con Kirbinin sözlərinə görə, bəzi silah növlərinə nəzarət Ukrayna qoşunlarının xüsusi hazırlığını tələb edəcək. Ehtimal olunur ki, təlim keçmək üçün Ukrayna Silahlı Qüvvələrinin qrupları NATO-nun qonşu Avropa ölkələrindəki bazalarına göndəriləcək.

Antirusiya sanksiyalarının ilk effekti
 


Cümə axşamı Avstraliya dünyanın bir çox ölkəsinin Moskvaya qarşı tətbiq etdiyi sanksiyalara qoşularaq, Rusiyanın 14 dövlət şirkətinin nümayəndələri ilə işgüzar əlaqələri  məhdudlaşdırıb.

Təhlilçilərin fikrincə, beynəlxalq sanksiyalar artıq Rusiyada son 30 ildə ən ciddi iqtisadi böhrana səbəb olub, baxmayaraq ki, tətbiq edilən bütün tədbirlərin demək olar ki, gecikmiş effekti var, yəni Rusiya iqtisadiyyatına əsas zərbə hələ qarşıdadır. 

Hazırda əmək bazarında kəskin böhran hökm sürür. McDonald's, Apple, IKEA kimi şirkətlər və bütün xarici avtomobil istehsalçıları Rusiyanı tərk etdiyi üçün ölkə üzrə yüz minlərlə insan işsiz qalıb. 

Dünya Bankı bu ilin sonuna kimi yoxsulluq həddində yaşayan rusların sayının 2,6 milyon nəfər artacağını proqnozlaşdırır.


N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aİ və NATO ABŞ-sız mövcud ola bilməz - NATO-nun Baş katibi
Dünya 21:42
Aİ və NATO ABŞ-sız mövcud ola bilməz - NATO-nun Baş katibi
Tramp Ukraynaya kömək etmək istəmir və NATO-da görmür – The Washington Post
Dünya 17:31
Tramp Ukraynaya kömək etmək istəmir və NATO-da görmür – The Washington Post
Lukaşenko 87,6% səslə seçkilərdə qalib gəlib - Yenilənib
Dünya 22:00
Lukaşenko 87,6% səslə seçkilərdə qalib gəlib - Yenilənib
AZAL-ın göyərtəsində aparılan danışıqlar
Dünya 15:11
AZAL-ın göyərtəsində aparılan danışıqlar "qara qutu"dakı ilə eyni deyil - Qazaxıstan
Türkiyədə hoteldə baş verən yanğında 36-ı uşaq ölüb
Dünya 11:13
Türkiyədə hoteldə baş verən yanğında 36-ı uşaq ölüb
Türkiyədəki yanğında ölənlərin sayı 79-a çatıb - Video - Yenilənib
Dünya 20:51
Türkiyədəki yanğında ölənlərin sayı 79-a çatıb - Video - Yenilənib
Bu ölkədə qanun qızların 9 yaşında ərə getməsinə imkan verəcək
Dünya 17:53
Bu ölkədə qanun qızların 9 yaşında ərə getməsinə imkan verəcək
Tramp Putinlə istənilən vaxt görüşməyə hazır olduğunu deyib
Dünya 09:02
Tramp Putinlə istənilən vaxt görüşməyə hazır olduğunu deyib
Türkiyədə matəm elan olunub
Dünya 20:02
Türkiyədə matəm elan olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol