• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Azərbaycanın xarici borc portfelinin 81%-i xarici valyutadadır

Azərbaycanın xarici borc portfelinin 81%-i xarici valyutadadır
16.04.2022 17:30
Azərbaycanın xarici borc portfelinin 81%-i xarici valyutadadır, bunu Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulov bildirib.

"Azərbaycanın dövlət borcunun idarə edilməsi ilə bağlı risk meyarlarından biri xarici borc portfelində xarici valyutanın çəkisidir. 2018-ci ildə xarici borc portfelimizin 95%-ni xarici valyutada borc təşkil edirdi, çox cüzi hissəsi yerli valyutada idi. Əsas hədəflərimizdən biri, bunu ortamüddətli dövrdə 85%-dən aşağı salmaq idi. Bu gün xarici borc portfelimizin 81%-ni xarici valyutada olan borc təşkil edir. Biz bu istiqamətdə irəliləyirik, artıq ortamüddətli dövrdə bunun daha da azaldılması üçün işlərin görülməsi planlaşdırılır. Digər risk parametri isə borcun dəyişkən faiz dərəcələri ilə olmasıdır. Bəzi borclar sabit faiz dərəcələri ilə, bəziləri isə bazar şəraitinin dəyişməsindən asılı olaraq dəyişkən faiz dərəcələri ilə təqdim edilir. 2018-ci ildə bizim borc portfelimizin 65%-i dəyişkən faiz dərəcələri ilə idi. Biz hazırda bu göstəricini 35%-ə qədər endirmişik və hədəfimiz bunu bir qədər də aşağı salmaq, minimal səviyyə endirib, orda qərarlaşdırmaqdır. Bu kimi indikatorlar, son strategiyanın 4 illik icrası nəticəsində əldə olunub. Təbii ki, bununla qənaətlənmirik, burdakı hədəflərə bir qədər də yenidən baxıb, orta müddətli dövr üçün müəyyən hədəflər qoymağı nəzərdə tuturuq", - o, qeyd edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Maliyyə Nazirliyində yeni təyinat
İqtisadiyyat 17:44
Maliyyə Nazirliyində yeni təyinat
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
İqtisadiyyat 17:11
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
İqtisadiyyat 13:05
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
Yelo Bank’s spring loan offer continues!
İqtisadiyyat 13:04
Yelo Bank’s spring loan offer continues!
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
İqtisadiyyat 12:59
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
Ölkədə qeyri-neft-qaz ixracı artıb
İqtisadiyyat 12:54
Ölkədə qeyri-neft-qaz ixracı artıb
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
İqtisadiyyat 12:47
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:19
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol