• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Azərbaycan-Rusiya ticarət dövriyyəsi birinci rübdə 8% artıb

Azərbaycan-Rusiya ticarət dövriyyəsi birinci rübdə 8% artıb
18.04.2022 23:39
2022-ci ilin birinci rübündə  Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 631 milyon 373,09 min dollar təşkil edib ki, bu da bir il əvvəlki göstəricidən 7,9% çoxdur.Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) bildirib. 

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-martında Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 5,79%-ni Rusiya ilə ticarət əməliyyatları təşkil edib.

Azərbaycan məhsullarının Rusiya Federasiyasına ixracı 155 milyon 180,95 min dollar (artım 14,7%) təşkil edib. Ümumilikdə Rusiyaya ixrac Azərbaycan ixracının 1,94%-ni təşkil edib.

Yanvar-martda Azərbaycana Rusiya məhsullarının idxalı 476 milyon 192,14 min dollar (artım 5,8%) təşkil edib. Azərbaycana mal idxalının ümumi həcmində Rusiyadan idxal 16,27 faiz təşkil edib.

Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2022-ci ilin birinci rübündə Azərbaycanın Rusiya Federasiyası ilə ixrac-idxal münasibətlərində mənfi saldosu 321 milyon 11,19 min dollar təşkil edib.


Əvvəllər məlumat verildiyi kimi, 2021-ci ildə Azərbaycan-Rusiya ticarət dövriyyəsi 2 milyard 995 milyon 131,31 min dollar təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 12,1% çoxdur.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Maliyyə Nazirliyində yeni təyinat
İqtisadiyyat 17:44
Maliyyə Nazirliyində yeni təyinat
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
İqtisadiyyat 17:11
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
İqtisadiyyat 13:05
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
Yelo Bank’s spring loan offer continues!
İqtisadiyyat 13:04
Yelo Bank’s spring loan offer continues!
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
İqtisadiyyat 12:59
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
Ölkədə qeyri-neft-qaz ixracı artıb
İqtisadiyyat 12:54
Ölkədə qeyri-neft-qaz ixracı artıb
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
İqtisadiyyat 12:47
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:19
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol