Azərbaycan qaz ixracını artırıb

2022-ci ilin birinci rübündə Azərbaycandan qaz ixracı 5 milyard 883,866 milyon kubmetr təşkil edib ki, bu da 2021-ci ilin yanvar-martı ilə müqayisədə 14,7% çoxdur. Bu barədə SOCAR məlumata verib.
SOCAR-ın Gürcüstana birbaşa qaz ixracı 770,274 milyon kubmetr ( 50,6% artıb) təşkil edib.
Azərbaycan Qaz Emalı Zavodunda (AZQEM) 2022-ci ilin birinci rübündə 947 milyon 524,612 min kubmetr (17,3% azalıb) qaz emal edilib.
SOCAR-ın məlumatına görə, 2022-ci ilin birinci rübündə Azərbaycanda qaz istehlakı 4 milyard 759,048 milyon (artım 9,3%) təşkil edib.
"Qaz istehlakının artımına karbamid və metanol istehsalının kəskin artması, eləcə də ölkədə qazlaşdırma səviyyəsinin 96,3%-ə yüksəlməsi təsir edib”, - şirkətdən bildirilib.
Hazırda Azərbaycan qazı Cənub Qaz Dəhlizi (GQD) sistemi ilə Gürcüstan, Türkiyə və Avropaya ixrac edilir.
SGDC-nin tərkib hissəsi olan TAP qaz kəməri ilə Avropaya ixraca 2020-ci il dekabrın 31-dən başlanılıb.
Bundan əlavə, Azərbaycan qazı Türkiyəyə və Gürcüstana ixrac edilir.
Azərbaycan Energetika Nazirliyinin proqnozlarına əsasən, 2022-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Türkiyəyə ixracı 8,2 milyard kubmetr, Avropaya isə 9,1 milyard kubmetr təşkil edəcək.
2021-ci ildə Azərbaycan 19,2 milyard kubmetr, o cümlədən Avropaya 8 milyard kubmetrdən çoxu qaz ixrac edib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 