• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

2022-2023-cü illərdə Azərbaycan iqtisadiyyatı 2,7% artacaq - BVF

2022-2023-cü illərdə Azərbaycan iqtisadiyyatı 2,7% artacaq - BVF
19.04.2022 22:07
2022-ci ildə Azərbaycan iqtisadiyyatı  2,8% artacaq. Bu barədə Beynəlxalq Valyuta Fondu (BVF) hesabatında deyilir. 

Ötən ilin oktyabrında BVF 2022-ci il üçün Azərbaycanın ÜDM artımını 2,3% səviyyəsində proqnozlaşdırmışdı.

Fondun yenilənmiş hesablamalarına əsasən, 2023-cü ildə Azərbaycanda ÜDM 2,6% artacaq. Beləliklə, 2022-2023-cü illərdə Azərbaycanda orta illik iqtisadi artım 2,7% təşkil edəcək.

BVF 2027-ci il üçün Azərbaycan ÜDM artımını 2,5% səviyyəsində proqnozlaşdırır.

Fondun proqnozlarına əsasən, Azərbaycanda orta illik inflyasiya 2022-ci ildə 2021-ci ildəki 6,7%-dən 12,3%-ə qədər sürətlənəcək, 2023-cü ildə isə 8,7%-ə qədər azalacaq. BVF 2027-ci il üçün Azərbaycanda inflyasiyanı 4% olacağını proqnozlaşdırır.

BVF 2022-ci il üçün Azərbaycanın tədiyyə balansında profisit ÜDM-in 37,2%-i (2021-ci ildə - ÜDM-in 15,2%-i), 2023-cü ildə ÜDM-in 28,5%-i, 2027-ci ildə ÜDM-in 17%-i səviyyəsində proqnozlaşdırır.

2022-ci ildə Azərbaycanda işsizlik səviyyəsi Fond tərəfindən 5,9% səviyyəsində proqnozlaşdırılır (2021-ci ildə - 6%). 2023-cü ildə BVF-nin proqnozlarına görə, bu rəqəm 5,8%-ə qədər azalacaq.

Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, 2022-ci ildə ölkədə ÜDM-in artımı 3,9%, orta illik inflyasiya isə 4% təşkil edəcək.

2021-ci ildə Azərbaycanda ÜDM artımı 5,6% təşkil edib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Maliyyə Nazirliyində yeni təyinat
İqtisadiyyat 17:44
Maliyyə Nazirliyində yeni təyinat
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
İqtisadiyyat 17:11
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
İqtisadiyyat 13:05
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
Yelo Bank’s spring loan offer continues!
İqtisadiyyat 13:04
Yelo Bank’s spring loan offer continues!
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
İqtisadiyyat 12:59
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
Ölkədə qeyri-neft-qaz ixracı artıb
İqtisadiyyat 12:54
Ölkədə qeyri-neft-qaz ixracı artıb
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
İqtisadiyyat 12:47
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:19
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol