• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

ABB-nin tərəfdaşlığı ilə ADA-da Karyera Həftəsi başladı!

ABB-nin tərəfdaşlığı ilə ADA-da Karyera  Həftəsi başladı!
19.04.2022 17:43
ABB-nin tərəfdaşlığı ilə ADA-da növbəti Karyera Həftəsinə start verilib. Aprelin 27-ə qədər davam edəcək Karyera Həftəsinin məqsədi tələbə və məzunları ölkəmizin əmək bazarı, karyera imkanları ilə tanış etməkdən ibarətdir. 

ADA-nın hər il ənənəvi qaydada keçirdiyi Karyera Həftəsində müxtəlif müzakirə panelləri, seminar və təqdimatlar təşkil olunur. Bu tədbirlərdə ayrı-ayrı qurumların rəhbər təmsilçiləri də iştirak edir. Universitetin tələbə və məzunları onlarla tanışlıq, işgüzar əlaqələr qurmaq imkanı qazanırlar. 

Karyera Həftəsinin açılışında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov da iştirak edib. Abbas İbrahimov çıxışında özünün təhsil və karyera təcrübəsini tələbələrlə bölüşüb. Universitet illərində yaranan bu cür imkanların gələcək üçün xüsusi önəmini vurğulayıb. Tələbələri belə fürsətlərdən faydalanmağa çağırıb. 

ABB-nin İdarə Heyətinin sədri hazırda ölkəmizin bank sektorunda gedən inkişaf proseslərinə diqqət yönəldib. Qeyd edib ki, müasir çağırışlara uyğun olaraq sektorda baş verən yeniliklər bu sahədə peşəkar kimi yetişmək istəyən gənclərə böyük imkanlar yaradır. Ölkəmizin bank sektorunun ən yaxşı işəgötürəni olmağı qarşısına hədəf qoymuş ABB isə iddialı və istedadlı gənclərə dəstək olmağa hər zaman hazırdır: "Biz istedadların inkişafı üçün əlverişli mühit yaradırıq. Onları dəstəkləyir, müxtəlif sahələrdə potensiallarını üzə çıxarırıq. Ən əsası isə biz istedadları hər yerdə axtarıb komandamıza cəlb edirik.
 
Universitetlərin belə tədbirlərində iştirakımız da istedadlar axtarışımızın önəmli hissəsidir” – deyə Abbas İbrahimov sözlərinə əlavə edib. 

ABB-nin tərəfdaşlıq dəstəyi ilə təşkil olunmuş Karyera Həftəsinə 20-dən çox qurum qatılıb. Tələbələr qarşıdakı günlər ərzində bu qurumların təmsilçilərinin iştirakı ilə maraqlı təqdimatlar dinləyəcək, gələcək karyera həyatları üçün faydalı məlumatlar alacaqlar.   

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

















www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Maliyyə Nazirliyində yeni təyinat
İqtisadiyyat 17:44
Maliyyə Nazirliyində yeni təyinat
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
İqtisadiyyat 17:11
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
İqtisadiyyat 13:05
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
Yelo Bank’s spring loan offer continues!
İqtisadiyyat 13:04
Yelo Bank’s spring loan offer continues!
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
İqtisadiyyat 12:59
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
Ölkədə qeyri-neft-qaz ixracı artıb
İqtisadiyyat 12:54
Ölkədə qeyri-neft-qaz ixracı artıb
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
İqtisadiyyat 12:47
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:19
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol