• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Kapital Bank sahibkarlara və şirkətlərə yeni API portalını təqdim etdi

Kapital Bank sahibkarlara və şirkətlərə yeni API portalını təqdim etdi
20.04.2022 11:13
Kapital Bank yeni açıq API (Tətbiqi Proqramlaşdırma İnterfeysi) portalını istifadəyə verdi. Yeni portal vasitəsilə sahibkarlar və şirkətlərə öz sistemləri ilə Kapital Bank arasında inteqrasiyanı təmin edərək, bizneslərini və bank əməliyyatlarını rahat şəkildə bir mənbədən idarə edə biləcəklər.


Biznes sahibləri Kapital Bank-ın API portalını öz sistemlərinə qoşmaqla, hesab üzrə qalıq sorğusu, çıxarışlar, ölkədaxili və beynəlxalq köçürmələr, əməkhaqqı kartlarının sifarişləri və mədaxillər, həmçinin bu kimi digər xidmətlərdən öz proqram təminatlarında faydalanmaq imkanını əldə edirlər. Kapital Bank-ın açıq API portalı bu sahədə ən qabaq http://api.kapitalbank.az/  beynəlxalq təcrübədən istifadə olunaraq yaradılıb və bizneslərə tamamilə ödənişsiz şəkildə təklif olunur. APİ məhsullar haqda məlumat əldə etmək üçün http://api.kapitalbank.az/ linkinə keçid etmək lazımdır.


Qeyd edək ki, API fərqli sistemlər arasında qarşılıqlı əlaqəni asanlaşdıran bir texnoloji həlldir. API dünyanın bir sıra nüfuzlu bankları tərəfindən aktiv şəkildə istifadə olunur.


Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, BirKart sifarişi üçün —https://kbl.az/tkstcrd.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Maliyyə Nazirliyində yeni təyinat
İqtisadiyyat 17:44
Maliyyə Nazirliyində yeni təyinat
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
İqtisadiyyat 17:11
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
İqtisadiyyat 13:05
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
Yelo Bank’s spring loan offer continues!
İqtisadiyyat 13:04
Yelo Bank’s spring loan offer continues!
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
İqtisadiyyat 12:59
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
Ölkədə qeyri-neft-qaz ixracı artıb
İqtisadiyyat 12:54
Ölkədə qeyri-neft-qaz ixracı artıb
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
İqtisadiyyat 12:47
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:19
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol