• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

“Azercell Telekom” MMC “Bakı Marafonu -2022”-nin baş sponsorudur

“Azercell Telekom” MMC “Bakı Marafonu -2022”-nin baş sponsorudur
20.04.2022 11:13
Lider mobil operator bütün abunəçilərini marafona qatılmağa dəvət edir!
 
May ayının 15-də Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, "Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə ölkəmizin idman təqvimində mühüm yer alan "Bakı Marafonu” keçiriləcək.
 
Bu il "Bakı Marafonu” yubileyini qeyd edir. Artıq 5 ildir ki, həm Azərbaycandan, həm də dünyanın fərqli ölkələrindən minlərlə idmansevər "Küləyə qalib gəl” şüarı altında "Bakı Marafonu”nda yarışır. Bu dəfə yarış sağlam həyat tərzi pərəstişkarlarını həm də yeni marşrut ilə sevindirəcək. Eyni zamanda, marafonun start və finiş nöqtəsi eyni məkanda yerləşəcək. İştirakçılar Dövlət Bayrağı Meydanında toplaşacaq və 21 kilometrlik məsafəni qət edib yenidən bu nöqtəyə qayıdacaqlar. Bu yenilik xüsusi hazırlığı olmayan iştirakçılara ehtiyac yarandığı halda başlanğıc nöqtəsinə qayıdaraq qalibləri qarşılamaq imkanı yaradacaq.
Yarışa qatılmaq üçün may ayının 10-dək "Gənclik Mall”, 28 Mall” və ya "Dəniz Mall”da quraşdırılmış xüsusi məntəqələrə müraciət edərək, eləcə də  www.marathon.az saytı üzərindən qeydiyyatdan keçmək mümkündür (ətraflı: www.marathon.az).
 
, "Azercell Telekom” MMC 2017-ci ildən etibarən "Bakı Marafonu”nun baş sponsoru qismində çıxış edir. Bu il də ənənəvi olaraq marafonda "Azercell Telekom” MMC-nin rəhbər heyəti ilə yanaşı, şirkətin əməkdaşları və korporativ abunəçiləri də iştirak edəcək. 
 
Fəaliyyət dövrü ərzində sağlam həyat tərzini təşviq edən Azercell hər kəsi "Bakı Marafonu”na qatılmağa səsləyir və bütün yarışçılara uğurlar arzu edir!
 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Maliyyə Nazirliyində yeni təyinat
İqtisadiyyat 17:44
Maliyyə Nazirliyində yeni təyinat
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
İqtisadiyyat 17:11
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
İqtisadiyyat 13:05
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
Yelo Bank’s spring loan offer continues!
İqtisadiyyat 13:04
Yelo Bank’s spring loan offer continues!
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
İqtisadiyyat 12:59
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
Ölkədə qeyri-neft-qaz ixracı artıb
İqtisadiyyat 12:54
Ölkədə qeyri-neft-qaz ixracı artıb
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
İqtisadiyyat 12:47
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:19
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol