Rusiya ölən əsgərlər barədə məlumatları gizli saxlayır
Rusiyanın Müdafiə Nazirliyi Ukraynada həlak olmuş hərbçilərin yaxınlarının və qohumlarının şəxsi məlumatlarını məxfiləşdirmək istəyir, bu barədə Rusiya hökumətinin rəsmi saytında məlumat verilib.
Hərbi əməliyyatlarda ölən hərbçilərin məlumatları Rusiyada artıq 2015-ci ildən dövlət sirri sayılır. Lakin hərbi əməliyyatlarda həlak olanların yaxınları üçün müavinət və güzəştlər barədə sənədləri yerli məmurlar hazırlayırlar. İndi Müdafiə Nazirliyi bu şəxslərin də ad və başqa şəxsi məlumatlarının məxfiləşdirilməsini istəyir.
Təklifin nə vaxt nəzərdən keçiriləcəyi bəlli deyildi.
Ölkənin Müdafiə Nazirliyi martın 25-də bildirib ki, fevralın 24-də Moskvanın Ukraynada xüsusi hərbi əməliyyatı başlatmasından bu yana 1351 rus əsgəri həlak olub, 3825 nəfər isə yaralanıb.
O vaxtdan bəri hərbi itkilərlə bağlı heç bir yenilik təqdim etməsə də, Kreml "əhəmiyyətli itkilərdən” danışıb. Ukrayna və Qərb hökumətləri Rusiya itkilərinin dəfələrlə çox olduğuna inandıqlarını bildiriblər.
Rusiya fevralın 24-dən Ukraynaya hərbi hücumlar edir.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər