• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Azərbaycan və Vyetnam hansı məhsullarını ticarət edə bilər?

Azərbaycan və Vyetnam hansı məhsullarını ticarət edə bilər?
21.04.2022 18:30
Vyetnamlı düyü, qəhvə və çay istehsalçıları öz məhsullarını Azərbaycanda sata biləcəklər.
 
Bunu Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov "Vietnam Economic Times” nəşrinə müsahibəsində bildirib.
 
Onun sözlərinə görə, həmçinin Azərbaycan Vyetnam tropik meyvələri istehsalçıları üçün yaxşı bazar olacaq.
 
Səfir bildirib ki, indi Azərbaycanda qəhvəyə üstünlük verən, lakin Vyetnam qəhvəsinin nə qədər dadlı olduğunu hələ də bilməyənlər daha çoxdur:
 
"Azərbaycanda ekoloji cəhətdən təmiz meyvə-tərəvəz istehsal olunur ki, bu da qonşu ölkələrdə tanınır, lakin vyetnamlıların bundan xəbəri azdır. Vyetnam idxal etdiyi pambığı Azərbaycan da istehsal edir və ixrac edir. Vyetnamda istifadə olunan pambığın 99 %-i xaricdən gətirilir. Ölkənin toxuculuq sənayesi iqtisadiyyatın böyük bir hissəsini təşkil edir və hər il 36 milyard ABŞ dolları ixracdan gəlir əldə edir. Bu məbləğin bir hissəsi Azərbaycandan pambığın alınmasına gedə bilər. Hesab edirəm ki, bu, gələcək əməkdaşlıq üçün maraqlı sahələrdən birinə çevrilə bilər”.
 
A.İmanov qeyd edib ki, Azərbaycan və Vyetnam arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın problemi ondan ibarətdir ki, iki ölkənin şirkətləri bir-birini kifayət qədər yaxşı tanımırlar: "Onlar bir-birlərinin ölkələrində təşkil olunan yarmarka və sərgilərdə iştirak etmirlər. Ona görə də bir-birlərinin bazarlarını bilmirlər və real maraq göstərmirlər. Odur ki, başlanğıc nöqtəsi, yəqin ki, müəssisələrimizi bir-birinə daha da yaxınlaşdıran, yarmarka və sərgilərdə qarşılıqlı iştirakı stimullaşdıran tədbirlərin keçirilməsi olmalıdır”.
 
Səfir xatırladıb ki, Azərbaycan səfirliyi Vyetnam şirkətlərinə Azərbaycanda tərəfdaş tapmaqda kömək etməyə hazırdır: "Biz iki ölkənin kənd təsərrüfatı şirkətləri arasında işgüzar görüşlər təşkil etməkdən şad olarıq. Vyetnam biznesləri maraq göstərsə, səfirliyimiz onlara kömək edəcək. Vyetnam və Azərbaycanın kənd təsərrüfatı sahəsində böyük potensialı var. Ümid edirəm ki, biz yaxın gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiyini görəcəyik”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Maliyyə Nazirliyində yeni təyinat
İqtisadiyyat 17:44
Maliyyə Nazirliyində yeni təyinat
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
İqtisadiyyat 17:11
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
İqtisadiyyat 13:05
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
Yelo Bank’s spring loan offer continues!
İqtisadiyyat 13:04
Yelo Bank’s spring loan offer continues!
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
İqtisadiyyat 12:59
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
Ölkədə qeyri-neft-qaz ixracı artıb
İqtisadiyyat 12:54
Ölkədə qeyri-neft-qaz ixracı artıb
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
İqtisadiyyat 12:47
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:19
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol