• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Unibank ADA Universitetində keçirilən karyera həftəsində iştirak edir- FOTOLAR

Unibank ADA Universitetində keçirilən karyera həftəsində iştirak edir- FOTOLAR
21.04.2022 08:21
Unibank əməkdaşları "Karyera həftəsi” çərçivəsində ADA Universiteti tələbələrinə müxtəlif mövzularda seminarlar keçəcəklər. 18-27 aprel tarixlərində keçirilən "Karyera həftəsi”nin məqsədi, tələbələri mövcud karyera trendləri, vakansiyalar barəsində məlumatlandırmaq və potensial işəgötürənlərlə əlaqə qurmaqdır.
 
Seminarlar çərçivəsində tələbələrə lazımlı və xüsusilə sənaye iş sektorları üçün tələb olunan çətin bacarıqlar haqqında məlumat veriləcək. Bir həftə boyunca "Unibank”ın müxtəlif rəhbər şəxsləri və əməkdaşları ADA tələbələrinə emosional intellektin rolu, sənaye haqqında anlayışlar, ideyalar, müsahibə zamanı danışıq, etika bacarıqlar, müvəffəqiyyət üçün bacarıqların artırılması və iş etikası, sahibkarlıq və innovasiyalar, brendinq və rəqəmsal dünya mövzularında seminarlar keçəcəklər. Sonda yekun qiymətləndirmələr və müsahibələr olacaq, qaliblər mükafatlandırılacaq.

Ötən ay "Unibank” KB ilə ADA Universiteti arasında anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən, tərəflər elmi və praktiki məlumat və bacarıqların mübadiləsini təmin edəcək, tələbələrin müvafiq istiqamətlər üzrə davamlı inkişafına fayda verəcək menecment, bank işi və maliyyə sahəsində birgə tədbirlər və sosial məsuliyyəti artıran layihələr icra edəcək, xüsusilə də, özəl sektorun inkişafına dair dövlət proqramları və milli fəaliyyət planlarında yer almış qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlıq edəcəklər.
 
Memorandum çərçivəsində ADA tələbələri istehsalat təcrübəsində iştirak edəcək, onların Bankın filial şəbəkələrinə səfərləri təşkil ediləcək, Bankın əməkdaşları isə ADA tərəfindən təşkil edilən İxtisasartırma proqramlarında iştirak edəcəklər. 

Unibank- Sənin Bankın!
 





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Maliyyə Nazirliyində yeni təyinat
İqtisadiyyat 17:44
Maliyyə Nazirliyində yeni təyinat
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
İqtisadiyyat 17:11
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
İqtisadiyyat 13:05
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
Yelo Bank’s spring loan offer continues!
İqtisadiyyat 13:04
Yelo Bank’s spring loan offer continues!
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
İqtisadiyyat 12:59
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
Ölkədə qeyri-neft-qaz ixracı artıb
İqtisadiyyat 12:54
Ölkədə qeyri-neft-qaz ixracı artıb
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
İqtisadiyyat 12:47
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:19
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol