• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Martda Avropa ərazisində inflyasiya rekord həddə çatıb

Martda Avropa ərazisində  inflyasiya rekord həddə  çatıb
21.04.2022 20:41
2022-ci ilin martnda Avropa ərazisində istehlak qiymətləri illik ifadədə 7,4% artıb. Bu barədə Avropa İttifaqının Statistika İdarəsi (Eurostat) məlumat verib.  

Belə ki, fevralda  inflyasiya 5,9% təşkil eidb.  2021-ci ilin martında bu rəqəm  1,3% olub. 

Martda istehlak qiymətlərinin 7,5% artacağı əvvəlcədən də proqnozlaşdırılırdı. Belə ki, Trading Economics tərəfindən aparılan sorğuda iştirak edən analitiklər inflyasiya həddinin məhz bu qədər olacağını bildirmişdilər. 

Bu ilin martında qeydə alınan inflyasiya son illər qeydə alınan ən yüksək göstərici olub. İndiyədək Avropa Mərkəzi Bankı (AMB) inflyasiyanın Avropda 2%-dən çox olmayacağını düşünürdü. 

Bu ilin martında fevralıma nisbətən İstehlak qiymətləri  2,4% artıb ki, bu da rekord artımdır. Fevralda yanvara nisbətən artım  0,9% təşkil edib. 

Rusiya-Ukrayna münaqişəsi və Moskvaya qarşı tətbiq edilən sanksiyalar neft və qazın qiymətində kəskin sıçrayışa səbəb olub. 

Eurostat-ın məlumatına görə, enerji daşıyıcılarının qiymətləri ötən ilin martı ilə müqayisədə 44,4% bahalaşıb (proqnoz 44,7% idi).

Ərzaq, alkoqol və tütün məmulatları 5 faiz, sənaye məhsulları 3,4 faiz, xidmətlər 2,7 faiz bahalaşıb.

Ərzaq və enerji istisna olmaqla istehlak qiymətləri fevralda 2,7%-dən mart ayında illik 2,9% kimi sürətlənib. 

N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Maliyyə Nazirliyində yeni təyinat
İqtisadiyyat 17:44
Maliyyə Nazirliyində yeni təyinat
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
İqtisadiyyat 17:11
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
İqtisadiyyat 13:05
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
Yelo Bank’s spring loan offer continues!
İqtisadiyyat 13:04
Yelo Bank’s spring loan offer continues!
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
İqtisadiyyat 12:59
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
Ölkədə qeyri-neft-qaz ixracı artıb
İqtisadiyyat 12:54
Ölkədə qeyri-neft-qaz ixracı artıb
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
İqtisadiyyat 12:47
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:19
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol