• $
  • £

Buçadakı qətllərə görə məsuliyyət daşıyan komandir cəzalandırıldı

Buçadakı qətllərə görə məsuliyyət daşıyan komandir cəzalandırıldı
21.04.2022 21:56
Britaniya Qərb və Ukraynanın Buçadakı qətllərə görə məsuliyyət daşıyanlardan biri adlandırdıqları polkovnik-leytenant Azatbek Omurbekova qarşı sanksiya tətbq edib. 

Omurbekov  64-cü motoatıcı briqadanın komandiridir. "The Times” qəzetinin yazdığına görə, o, 2014-cü ildə xidmətlərinə mukafatlandırılıb. Daha sonra 2021-ci ilin sonunda Rusiyanın Ukraynaya təcavüzündən əvvəl Pravoslav Kilsəsi tərəfindən xeyir-dua alıb. Newsweek onu "Buçi qəssabı" adlandırıb.

"Omurbekovun Rusiya ordusunun Kiyevə hücumuna rəhbərlik etdiyi və Kiyev ətrafında yerləşən  Buçada mülki əhalinin öldürülməsində iştirak edən qoşunların yerləşdirilməsini bilavasitə həyata keçirən şəxs olub", - sanksiya siyahısında bildirilib.  

64-cü motoatıcı briqadanın Xabarovsk vilayətində yerləşdirildiyi məlumdur. Bu həftə Vladimir Putin 64-cü motoatıcı briqadanı "kütləvi qəhrəmanlıq, şücaət, mətanət və cəsarətə görə” mükafatla təltif edib.

Fransa ordusunun keçmiş polkovniki Mişel Qoya müsahibə verdiyi telekannalrdan birində bildirib ki, Omurbekov yetərincə böyük olan hərbi birləşməninrəhbəri olub. Odur ki, Buçada baş verənlərdən xəbərsiz olmaya bilməzdi.  

Omurbekov Ukraynanın InformNapalm saytı onun şəxsi məlumatlarını dərc etdikdən sonra ifşa olunub. 

N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Dünya 12:12
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Dünya 16:17
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Paşinyan Putin  Aİİ gündəmini müzakirə ediblər
Dünya 13:52
Paşinyan Putin Aİİ gündəmini müzakirə ediblər
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Dünya 16:36
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Dünya 13:11
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Dünya 15:07
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Dünya 16:00
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Dünya 15:11
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Dünya 12:23
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol