Neft bahalaşır

Dünya bazarında xam neftin qiyməti artmaqda davam edir. Buna Avropa İttifaqının Rusiya yancağından imtina etməsi və ABŞ-ın neft ehtiyatlarının azalması barədə səsləndirilən bəyanat səbəb olub.
Londonun ICE Futures birjasında saat 19:08-ə Brent markalı neftin iyun fyuçersləri 1,43 dollar (1,34%) bahalaşaraq 1 barrel üçün 108,23 dollar təşkil edir.
Nyu-York əmtəə birjasında (NYMEX) iyun üçün WTI fyuçerslərinin dəyəri bu dəfə 1,76 dollar (1,72%) artaraq 1 barelə görə 103,95 dollara qədər yüksəlib.
Avropa ölkələri, Böyük Britaniya və ABŞ Rusiyanın enerji resurslarının alınmasına məhdudiyyətlər qoymaqda davam edir. Belə ki, Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Burbok bildirib ki, Almaniya ilin sonuna kimi Rusiya neftinin idxalından tamamilə imtina edəcəK.
"Çox güman ki, biz daş kömür kimi Rusiya neftinin də alınmasının tədricən dayandırılacağının şahidi olacağıq", - ING analitiki Uorren Patterson bildirib.
"Tədricən əvəzetmə ticarət axınlarında daha nizamlı düzəlişlər etməyə imkan verəcək ki, qiymətlərə təsir dərhal qadağa ilə müqayisədə daha məhdud olsun", - o əlavə edib.
Bu arada, ərəfədə məlum olub ki, ABŞ-da kommersiya neft ehtiyatları keçən həftə 8,02 milyon barel azalıb ki, bu da 2021-ci ilin yanvarından bəri ən yüksək göstəricidir. Bloomberg-in sorğusuna qatılan ekspertlər ehtiyatların orta hesabla 3 milyon barrel artacağını gözləyirdilər.
Kpler-in analitiki Matt Smit bildirir ki, "neft emalı zavodlarında artan iş yükü, aşağı idxal və aktiv ixrac neft ehtiyatların belə kəskin azalmasının əsas səbəbidir. İxrac əsasən Avropa ölkələrinin hesabına artır".
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 