Hesablama Palatası yoxlamaların sayını artırıb

Azərbaycan Hesablama Palatasının 2021-ci ildə apardığı yoxlamalar nəticəsində 34 milyon manatdan çox vəsaitin qaytarılması təmin edilib.
Azərbaycan Hesablama Palatası 2020-ci ildəi 41 yoxlama aparmışdısa 2021-ci ildə yoxlamaların sayını 46-a çatdırıb, planlaşdırılan yoxlamaların sayı isə 50 təşkil edib.
Palatanın 2021-ci ildə fəaliyyəti haqqında hesabatına əsasən, həyata keçirilən nəzarət tədbirləri əsasında 80,1 milyon manatlıq qanun pozuntuları aşkar edilib. 2020-ci ildə bu göstərici daha çox olaraq 130,3 milyon manat təşkil edib.
Eyni zamanda, palatanın hesablamalarına görə, aşkar edilmiş pozuntuların ümumi həcmindən 35,7 milyon manatı büdcəyə qaytarılıb, 44,4 milyon manatının isə qaytarılması mümkün olmayıb.
2021-ci ildə aparılan yoxlamalar nəticəsində 30,8 milyon manat, əvvəlki illərdə aparılmış yoxlamalar hesabına daha 1,2 milyon manat vəsait bərpa edilib. Bundan başqa, Hesablama Palatasından Azərbaycanın hüquq-mühafizə orqanlarına göndərilmiş materiallar əsasında 2,2 milyon manat qanun pozucuları tərəfindən ödənilib.
Belə ki, 2021-ci ildə ümumilikdə 34,2 milyon manat (2020-ci ildə 53,7 milyon manat) vəsait bərpa edilib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 