Azərbaycanın Türkiyəyə ixrac etdiyi qazın həcmi açıqlandı

2022-ci ilin bitrinci rübündə Azərbaycan TANAP vasitəsilə Türkiyə və Avropaya 4 milyard kubmetr qaz ixrac edib. Bu barədə SOCAR-ın birinci vitse prezidenti və prezidenti səlahiyyətlərini müvəqqəti icra edən Rövşən Nəcəf bildirib.
" TANAP istifadəyə verildiyi andan 2022-ci il aprelin 1-nə bu qaz kəməri ilə 26,13 milyard kubmetr qaz nəql edilib. 2022-ci ilin birinci rübündə TANAP qaz kəməri ilə Türkiyə və Avropa bazarlarına 4,01 milyard kubmetr qaz çatdırılıb”, - Nacaf sosial media hesabında yazıb.
2022-ci ildə Azərbaycan TANAP vasitəsilə Türkiyə və Avropaya 16,2 milyard kubmetr qaz ixrac etmək niyyətindədir. 2021-ci ildə bu kəmərlə 13,73 milyard kubmetr qaz nəql edilib. Beləliklə, 2022-ci ildə ixrac 18% artıb.
Azərbaycan 2021-ci ildə ümumilikdə 19,2 milyard kubmetr qaz ixrac edib.
2018-ci il iyunun 12-də TANAP qaz kəmərinin (Gürcüstan-Türkiyə sərhədindən Eskişehirə qədər) birinci mərhələsinin istifadəyə verilməsi mərasimi keçirilib. Həmin il iyunun 30-da TANAP vasitəsilə Azərbaycan qazının ixracına başlanılıb.
SOCAR-ın hesablamalarına görə, TANAP Türkiyənin qaz ehtiyacının 12%-ni təmin edir.
Uzunluğu 1,85 min km olan TANAP "Mərhələ-2" çərçivəsində "Şahdəniz" yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 milyard kubmetr təşkil edir. Bunun 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyənin qərb bölgələrinə ixrac üçün nəzərdə tutulub.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 