Azərbaycanda banklar birinci rübdə aktivlərini 3% artırıb

31 mart 2022-ci il tarixinə Azərbaycanın bank sisteminin cəmi aktivləri 39 milyard 673,2 milyon manat təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib.
31 dekabr 2021-ci il tarixinə Azərbaycanda bankların aktivləri 38 milyard 462,2 milyon manat təşkil edib. Belə ki, 2022-ci ilin birinci rübündə bankların aktivləri 3,1% artıb.
Martın sonuna bankların kredit portfeli 17 milyard 528,2 milyon manat təşkil edib ki bu da 2021-ci ilin sonu ilə müqayisədə 5,2% artım deməkdir.
Azərbaycanda bankların ümumi kapitallaşması 4 milyard 941,5 milyon manat təşkil edərək 0,6% azalıb.
Bankların öhdəlikləri 3,7 faiz artaraq 34 milyard 731,7 milyon manata bərabər olub. . O cümlədən, bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəlikləri 0,6% azalaraq 317,2 milyon manat həcmində qiymətləndirilir. Banklardakı depozit portfeli 4,9 % artaraq 28 milyard 259,2 milyon manat, o cümlədən əhalinin əmanətləri 12,9% artaraq 10 milyard 200,8 milyon manat təşkil edir.
Tənzimləyicinin məlumatına görə, 2022-ci ilin yanvar-martında bankların cəmi xalis mənfəəti 173,9 milyon manat təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 16,9% çoxdur.
Hesabat dövründə bankların faiz gəlirləri 604,2 milyon manat (22% artıb), o cümlədən verilmiş kreditlər üzrə 501,4 milyon manat (27,2% artıb) olub.
Bankların qeyri-faiz gəlirləri 225,9 milyon manat olub ki bu da 32,3% artım deməkdir.
Bankların faiz xərcləri 143,4 milyon manat ( 11,2% artıb), o cümlədən depozitlər üzrə 100 milyon manat (21,1% artıb) təşkil edib.
Bankların qeyri-faiz xərcləri 397,8 milyon manat (31,9% artıb) təşkil edir.
2022-ci ilin birinci rübündə Azərbaycanın bank sektorunun əməliyyat mənfəəti 275,4 milyon manat (24,7% artıb) təşkil edib.
Bütövlükdə, hesabat dövründə bankların vergidən əvvəlki məcmu mənfəəti 215,6 milyon manat ( 19,2% artıb), mənfəət vergisi ödənişləri 41,6 milyon manat (29,6% artıb) səviyyəsində qiymətləndirilir.
31 mart 2022-ci il tarixinə Azərbaycanda 26 bank, o cümlədən 12 xarici kapitallı bank fəaliyyət göstərmək üçün lisenziya alıb. Ümumilikdə bankların 486 filialı (2021-ci ilin sonu ilə müqayisədə 1,5% artıb) və 95 şöbəsi ( 2,1% azalıb) var.
Azərbaycanın bank sektorunda 21 031 min nəfər çalışır ki, bu da 2021-ci ilin sonu ilə müqayisədə 3,5% çoxdur.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 